Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” “smart-kart” tipli sayğaclardan imtina məsələsinə münasibət bildirdi

Bu gün bir sıra informasiya mənbələrində “Azəriqaz” İstehsalat Birliyinin “smart-kart” tipli sayğaclardan imtina etməsi və ümumiyyətlə, bundan sonra bu nəsil sayğacların quraşdırılmayacağı barədə yayılan məlumatlara “Azəriqaz” İB rəsmi münasibət bildirib...

Azəriqaz” İB rəsmi olaraq yazılan məlumatların həqiqətə uyğun olmadığını və belə bir qərarın qəbul edilmədiyini bəyan edib.

Məlumatda qeyd olunub ki, Birlik maliyyə imkanlarını nəzərə alaraq “İTRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb. “Azəriqaz” İB belə hesab edir ki, bu cür addım təşkilatın maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq. Digər tərəfdən “smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək.

Məsələn, Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradır. Ona görə də belə tikililərdə “smart-kart” tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək.

Daha bir məqama diqqət çəkmək istərdik ki, mexaniki sayğaclardan istifadə edən abonentlərimizin ödənişləri son illər xeyli yaxşılaşıb, yığımlar demək olar ki, 100% yerinə yetirilir. Belə olan halda, mexaniki sayğacların quraşdırılmasında hər hansı problem görülmür və bu həm də “Azəriqaz” İB üçün maliyyə baxımından xeyli sərfəli hesab olunur.

Bəzi mətbuat orqanlarında “smart-kart” tipli sayğacların daha çox problem yaratdığı barədə deyilənlər də düzgün yanaşma deyil. Çünki “İTRON GALLUS” şirkətinin istehsal etdiyi sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb və “Azəriqaz” İB-nin aldığı bu qurğularda hər hansı problem yaşanmır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar