Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” rəhbərinin daha bir yalanı - Ruslan Əliyev abonentlərini “qaz” kimi yolmaq istəyir...

“Azəriqaz” əhalini “qaz” kimi yolmaq üçün smart-kartla sayğacları ləğv edib yerinə, daha çox sərfiyyat qeydə alan sayğaclar quraşdırmaq istəyir...

Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev mediaya verdiyi açıqlamada smart-kart tipli sayğacların qismən istismardan çıxarılacağını bildirib və qeyd edib ki, guya bütün dünyada smart-kart tipli sayğaclar artıq istehsalatdan çıxır. Yəni Birliyin rəhbərliyi özlərinə sərf edən edən, lakin abonentlərdə ciddi narazılıq yaradan sayğac dəyişdirilməsinə haqq qazandırmaq üçün növbəti dəfə gözə kül üfürüb.

Belə ki, çox kiçik araşdırma nəticəsində öyrəndik ki, cənab R. Əliyevin guya dünya təcrübəsinə istinadən verdiyi məlumatın heç bir əsas yoxdur, reallığı əks etdirmir. Əksinə, dünya smart-kart tipli sayğacların tətbiqi və təbliğatı ilə məşğuldur. Məsələn, Böyük Britaniyada 2050-ci ilə qədər bütün sayğacların smart-kart tipli sayğaclarla əvəzlənməsinə dair proqram həyata keçirilir. Bu tipli sayğacların vətəndaş üşün daha əlverişli oması barədə təbliğat aparılır. (https://www.ofgem.gov.uk/energy-policy-and-regulation/policy-and-regulatory-programmes/smart-meter-transition-and-data-communications-company-dcc)

Göründüyü kimi, dünya ölkələri insanların işinin asanlaşdırmaq üçün smart-kart tipli ağıllı sayğaclara keçirlər. Yəni məqsəd vətəndaşdan daha çox pul qopartmaq deyil, vətəndaşın güzəranını yaxşılaşdırmaqdır. Lakin bizim “Azəriqaz” əhalini “qaz” kimi yolmaq üçün smart-kartla sayğacları ləğv edib yerinə, daha çox sərfiyyat qeydə alan sayğaclar quraşdırmaq istəyir. Son aylarda da belə halların çox şahidi olmuşuq.

Təsəvvür edin ki, vətəndaş “Azəriqaz”ın yetkilisinə sual verir ki, mən evdə olmadığım və qazdan istifadə olunmadığı halda, mənə borc yazmısınız, niy və bu, necə olur? Məsul şəxs cavab vermək əvəzinə, abunəçini borclu çıxarır ki, evdə olmayanda, bizə xəbər verməli idiniz. Bunun məsələyə nə dəxli var? Mənim evdə olub-olmadığımın sizin borc yazmağınızla nə əlaqəsi?..

Bu qurumun əhalini “qaz” yerinə qoyması az deyil, hələ üstəlik, bizi avam bilib “dünya praktikası” adlı nağıllarla aldatmaq istəyirlər. Deyəsən, bu qurumun rəhbərliyi Prezident İlham Əliyevin möhtəkir məmurlara etdiyi xəbərdarlıqlardan ya xəbərsizdir, ya da vecinə almır...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar