Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” millət vəkilinə cavab verdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Milli Məclisin üzvü Məşhur Məmmədovun “Qaz çəkilişi ilə bağlı müəyyən texniki şərtlərin tarifləri çoxdur. Masallıda seçicilər deyir ki, bir evə qaz çəkilməsi üçün 16 400 manat tarif qoyulub. Halbuki o evin heç qiyməti 5 000 manat deyil” açıqlamasına və onun quruma müraciət etməsinə münasibət bildirib.

"Azəriqaz"dan "Report"a verilən açıqlamada deyilir:

“Hörmətli millət vəkilinin diqqətinə çatdırmaq istərdik ki, onun “Azəriqaz”a müraciəti Masallı rayonunun Şərəfə kəndindəki yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub. Məktuba 1 sentyabr 2020-ci il tarixində yazılan cavabda açıq-aydın qeyd edilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti ilə mərhələli şəkildə icra olunur. Növbəti mərhələdə Masallı rayonunun təbii qazla təmin olunmayan yeni yaşayış massivlərinin, o cümlədən qeyd olunan ərazinin qazlaşdırılması üçün maliyyə vəsaiti ayrıldıqdan sonra həmin yaşayış sahəsinin qaz təminatı məsələsi mərhələli şəkildə öz həllini tapa bilər.

M.Məmmədovun qaz çəkilişi üçün böyük məbləğdə vəsait tələb olunmasına dair fikirlərində “Azəriqaz”ın adının hallandırması düzgün deyil. İstehsalat Birliyi ödənişli qaz çəkilişləri həyata keçirmir. “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşın qanuni icazəsi (lisenziyası) olan 100-dən çox podratçı tikinti təşkilatı ilə müqavilə bağlamaq imkanı var. Seçim onun öz öhdəsinə qalır. Vətəndaş fərdi sifarişlə öz vəsaiti hesabına qazlaşmanı aparır və podratçı təşkilatla onun arasındakı münasibətlərə “Azəriqaz” müdaxilə etmir. Bu halda yalnız fərdi yaşayış evlərinin qazlaşdırılması üçün qaz sayğacları və texniki şərt ödənişsiz verilir. Əgər millət vəkilinin dediyi kimi kimdənsə, bizim əməkdaşlarımız vəsait tələb edibsə, o, bunu araşdırılması üçün müvafiq dövlət orqanlarına korrupsiya halı kimi təqdim edə bilər.

Lakin bütün bunlara baxmayaraq, abunəçi məmnuniyyətini daim üstün tutan "Azəriqaz" yuxarıda adı çəkilən yaşayış massivinin sakinləri üçün öz daxili imkanları hesabına daşıyıcı xəttin çəkilməsini həyata keçirəcək".

***

“Qaz çəkilişi ilə bağlı müəyyən texniki şərtlərin tarifləri çoxdur. Masallıda seçicilər deyir ki, bir qaz çəkilməsi üçün 16400 manat tarif qoyulub. Halbuki heç o evin qiyməti 5000 manat deyil”.

PİA.az xəbər verir ki, bunu deputat Məşhur Məmmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. O bildirib ki, qaz çəkilişi dövlət tərəfindən edilir, yaxud kimsə bunun üçün ASAN Xidmətə müraciət edir: “Ancaq texniki şərt üçün tarif qiymətləri yüksəkdir. Mən bununla bağlı “Azəriqaz”a bir neçə dəfə müraciət etmişəm.

Həmçinin pandemiya dövrüdür. Rabitə xidmətləri ilə problem var. Uşaqlar demək olar ki, təhsildən kənar qalır. 3 aydır hər iki məsələylə bağlı qurumlara yazdığım məktuba nöqtə dəyişmədən eyni cavabı almışam. Məktubların heç birində dəqiq informasiya yoxdur. Bu da insanları dövlətçilikdən narazı salır. “Azəriqaz”la bağlı tariflərin dəyişilməsinə ciddi şəkildə nail olmalıyıq”.

M. Məmmədov həmçinin çıxışında rayonlarda ciddi şəkildə həkim kadrlarına ehtiyac olduğunu vurğulayıb: “Demək olar ki həkimlərin çoxu 60 yaşını keçib. İndi onların yerinə gələcək kadr yoxdur. Demək olar ki, ginekoloqlar yoxdur. Mən təklif edirəm ki, Tibb Universitetində təhsil pulsuz olsun ki, tələbələr bitirdikdən sonra rayonlara geri qayıdıb işləsin”.(Qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar