Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz”: İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması işlərinə başlanılıb

“İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması ilə bağlı ümumi plan var. Yəni dövlətin ümumi proqramı var. Biz də, o proqramda iştirak edəcəyik”.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev “Report”a açıqlamasında deyib ki, ilkin olaraq layihə işlərinə başlanılıb.

Onun sözlərinə görə, burda "Azəriqaz" daxili qaz şəbəkəsinin, paylayıcı sistemin yaradılması ilə məşğuldu. Oraya maqistral qaz kəməri də çəkilməlidir. Hazırda layihə axtraış işləri gedir: “Amma konkret hansısa bir işə başlanma vaxtı, müddəti dəqiq deyə bilmərəm.”

“İlkin olaraq Araz boyunca maqistral xəttin çəkilməsi nəzərdə tutulur və ordan da yuxarı rayonlara, Dağlıq Qarabağa doğru paylanması həyata keçiriləcək. Hazırda mövcud olan boru xətləri inventarlaşdırılıb, bununla bağlı xüsusi komissiyalar yaradılıb, bizim də 6 nəfər əməkdaşımış o komissiyalara daxildi.

Qazın çəkilişi üçün maqistral xətt olmalıdır, tələbat müəyyənləşdirilməlidi, hansı ərazidə sənaye sahələri olacaq, hansı ərazidə daha çox əhali olacaq, bunları bilmədən layihəyə başlanması ilə bağlı dəqiq heç nə deyə bilmərəm”, - deyə qurumun baş direktoru deyib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar