Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” iki övladı ön cəbhədə olan ailənin qazla təminatı üçün 1200 manat istəyir

Göyçay rayonu, Müskürlü kənd sakini Həsrətov Ruslan Əmir oğlu mənzilinə qaz çəkilməsi üçün aidiyyəti qurumlara müraciət ünvanlayıb.

PİA.az həmin müraciəti təqdim edir:

“Mən iki əsgərin ailəsi olaraq Azərbaycan dövlətindən, Azərbaycan xalqından kömək istəyirəm!

Mən 4 azyaşlı uşağımla Göyçay rayonu Müskürlü kəndində, acınacaqlı, yoxsulluq şəraitində yaşayıram. Evimə qaz xətti çəkilmədiyi üçün qışda soyuqdan əziyyət çəkirik. Hansı ki, mövcud qaz xətti ilə evimizə qədər olan məsafə cəmi 100 metrdir.

Evimizə qaz xəttinin çəkilməsi üçün "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regioanal Qaz İstismarı İdarəsinin Göyçay xidmət sahəsi məndən 1200 manat pul istəyir. Buna isə mənim maddi imkanım yoxdur. Çünki işsizəm, 4-ü azyaşlı olmaqla 6 nəfərdən ibarət ailəm var. Bizim yaşayışımızı gəlib gözləri ilə görən olsa, dəhşətə gələr.

Qazın olmamasına görə, soyuq evdə yaşadığımız üçün 4 yaşlı uşağımın ağciyərinə su gəlib, həyat yoldaşım qaraciyər xəstəliyinə yoluxub. Növbəti qışda qazımız olmasa, ailəmiz, azyaşlı uşaqlarım soyuqdan xəstələnib öləcəklər.
Qeyd edim ki, ailəmin iki üzvü Yusif və Pərvin Həsrətzadə qardaşları Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq ön cəbhədə iştirak edirlər.
Çıxılmaz vəziyyətdə ölümlə üz-üzə qalsaq da, ümidimizi üzməmişik, Azərbaycan xalqına, Azərbaycan dövlətinə güvənib bu müraciəti edirik. Xahiş edirəm, yalvarıram, azyaşlı uşaqlarımın xəstəlikdən ölməməsi üçün evimizə qaz xəttinin çəkilməsinə köməklik göstərəsiniz”. (Muxalifet.az)
Fotoları təqdim edirik

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar