Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək

Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş rejimdə çalışacaq.

Qurumdan verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir. Bunu nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi qeyd edilən günlərdə gücləndirilmiş iş rejimində çalışacaq.

Birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən artıq lazımi tapşırıqlar verilib. Əsasən təbii qazın tələbata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq.

Bildiririk ki, qaz təchizatında vacib təmir prosesləri də bu günlərdə təxirə salınıb. Yalnız qəza halları baş verdiyi zaman abonentlərin qazsız qalmaması üçün qısamüddətli dayandırmalar istisna edilmir. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsi, “104 Çağrı” sahəsinin əməkdaşları sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq.

Abonentlərin nəzərinə çatdırılıb ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər.

Bundan başqa (+994 77) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar