Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

SOCAR-in “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə dekabrın 29-dan yanvarın 3-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Azəriqaz”dan verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

Azəriqaz”ın “185” və “104” Çağrı Mərkəzlərinə daxil olacaq vətəndaş müraciətlərinin icrasının təmin edilməsi ilə əlaqədar, sutkada 24 saat fəaliyyət göstərən “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, abonentlərin fasiləsiz olaraq təbii qazla təmin edilməsi məqsədi ilə qaz sayğaclarında mümkün ola biləcək istənilən texniki nasazlıqlar nəticəsində onların yeni smart tipli sayğaclarla əvəz olunmasından sonra, yeni smart kartların verilməsi, müqavilələrin bağlanması və abonentlərə “ASAN Kommunal” standartlarına uyğun xidmətlərin göstərilməsi 2018-cı il dekabr ayının 30-dan, 03-yanvar 2019-cu il tarixinədək həyata keçiriləcək. (Xidmətlərin göstəriləcəyi ünvanlar;”Azəriqaz”İB-nin İdarəetmə aparatı ünvan:Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsi 35 və Bakı Regional Qazın Satışı Departamenti ünvan:Babək proospekti 22/24)

Azəriqaz” bütün təbii qaz istehlakçılarını bayram münasibətilə təbrik edir və istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

pia.az


Etiket: “Azəriqaz”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar