Küləkli hava ilə əlaqədar “Azərenerji” ASC-nin elektrik stansiyalarında və yüksək gərginlikli ötürmə xətlərində heç bir problem yaranmayıb
Bunu qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.
Onun sözlərinə görə, tələbata uyğun olaraq enerji istehsal olunur və ötürülür.
“Hava şəraiti ilə bağlı “Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri gücləndirilmiş iş rejimində çalışır”, – deyə T.Abdullayev qeyd edib. /Report
pia.az