Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell”in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atdı

2020-ci ilin 8-15 yanvar tarixlərində Qazaxıstanın Almatı şəhərində 16-cı Beynəlxalq Jautikov Olimpiadası baş tutub...

20 ölkədən 82-i komandanın qatıldığı bu olimpiadada, məktəblilərimiz 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.

Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazov informatika fənni üzrə qızıl medala layiq görülməklə, bu fənn üzrə beynəlxalq olimpiadalar tariximizdə ilk ali mükafatı Azərbaycana gətirib.

Eyni zamanda, həmin liseyin 11-ci sinif şagirdi Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar. Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal ilə təltif olunublar.

Həmçinin, fizika fənni üzrə ölkəmizi olimpiadada layiqincə təmsil edərək, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov bürünc medal qazanıb.

Məktəblilərimizin bu uğurunda “Azercell Telekom” MMC-nin xüsusi əməyi var. Belə ki, Təhsil NazirliyiAzercell-in dəstəyi ilə təşkil olunan mərkəzlərdə şagirdlər İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşa, öz elmi potensiallarını nümayiş etdirə bilirlər.

Xatırladaq ki, “Azercell” cari ilin avqust ayında ölkəmizin ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəqəmsal sponsoru qismində təmsil olunub. Olimpiadaya Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qatılıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar