Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” təhlükəsizlik tədbirlərini gücləndirir

Ölkənin lider mobil operatoru olaraq “Azercell” Telekom qlobal pandemiya təhlükəsinin mövcud olduğu və sosial təcridin tətbiq edildiyi bu günlərdə xüsusi əhəmiyyət daşıyan kəsintisiz rabitəni və özünün xidmət keyfiyyətini necə qoruyur?...

Eyni zamanda, həm abunəçilərin şəbəkə və xidmətlərlə bağlı ehtiyacları, həm də öz əməkdaşlarının iş şəraitində təhlükəsizliyini təmin etməyin öhdəsindən necə gəlir?

Qafqazinfo bu sorğu ilə şirkətin Mətbuat Xidmətinə müraciət edib.

Bildirilib ki, koronavirusun yüksək yoluxdurma xüsusiyyətlərini nəzərə alan şirkət əməkdaşlarının sağlam və təhlükəsiz şəkildə çalışmasının təmin edilməsi məqsədilə ardıcıl önləyici tədbirlər həyata keçirib:

“Bu məqsədlə şirkətin bütün ofislərində dezinfeksiya işləri aparılıb. Həmçinin, bakterial aktivliyin azaldılması məqsədilə iş yerlərində müxtəlif nöqtələrdə antiseptik dozatorlar da quraşdırılıb. “Azercell” ofislərinə daxil olan bütün məktub və sənədlər yalnız kargüzarlıq şöbəsinin vahid pəncərəsi üzərindən təhvil alınır və dərhal dezinfeksiyadan keçərək, yalnız növbəti gün ünvana çatdırılır. Adi dezinfeksiya tədbirləri ilə yanaşı, ofislərdə, həm də, ionizator və bakterisid lampalarla şüalanma işləri aparılır.

Bununla yanaşı, hələ fevral ayının sonundan etibarən növbəli iş rejimində çalışan həmkarlarımızın ictimai nəqliyyatdan istifadə etməmələri üçün şirkət tərəfindən onlara işə gəlib-getmək üçün xüsusi nəqliyyat təşkil olunub, mart ayının ikinci həftəsindən isə işçilərimizin böyük bir hissəsi koronavirus təhlükəsindən dolayı, ofisdənkənar iş rejiminə keçirilərək evə buraxılıb. Ofis rejimində çalışan əməkdaşlarımızda mümkün xəstəlik və soyuqdəymə simptomlarının erkən diaqnostikası üçün xüsusi təlim görmüş təhlükəsizlik əməkdaşları girişlərdə elektron termometrlərlə işçilərin temperaturunu ölçürlər.

Azercell” yalnız əməkdaşlarının deyil, müştərək şəkildə çalışdığı bütün tərəfdaşları üçün də təhlükəsizlik şəraitində işləmək imkanı yaradaraq, həm xüsusi təhlükəsizlik xidmətini, həm də NRYTN-nin mühafizə xidmətini lazımi vasitələrlə təmin edib. Bütün işçi heyəti üçün virusla mübarizə ilə bağlı onlayn video-təlimlər təşkil edilir, çalışan bütün ofislərdə bayram və istirahət günləri də daxil olmaqla tibb məntəqələri fəaliyyət göstərir, eyni zamanda, əməkdaşlar və onların birbaşa ailə üzvləri tibbi sığorta proqramı ilə təmin olunur. O cümlədən, əməkdaşların ev şəraitində daha səmərəli çalışmaları üçün bir sıra webinar formatlı onlayn təlim proqramları (pozitiv düşüncə sənəti, ev şəraitində effektiv işləməyin əsasları və s.) təşkil edilir”.

Məlumdur ki, “Azercell” Müştəri Xidmətləri ofisləri əhalinin sıx ziyarət etdiyi məkanlardan biridir.

Şirkətdən həmçinin bildirilib ki, üzbəüz müştəri xidmətlərinin fəaliyyət özəlliyindən dolayı, bu bölmələrin işinin ofisdən kənar şəraitdə təşkili mümkün deyil:

“Odur ki, müvafiq departament əməkdaşlarının sağlamlığı üçün xidmət kassaları, məlumat nöqtələri və gözləmə zallarında müntəzəm dezinfeksiya işləri aparılmaqla, hər bir işçi fərdi müdafiə vasitələri – qoruyucu maskalar, dezinfektorlar, eləcə də rezin əlcəklərlə təmin olunub.

Hazırda “Azercell”in 3 Müştəri Xidmətləri mərkəzi gündəlik olaraq saat 9:00-dan 18:00-a qədər fəaliyyətini davam etdirir. Həmin ofislərdə yoluxma riskini minimallaşdırmaq üçün xidmət kassalarında şəffaf arakəsmələr quraşdırılıb. Eyni zamanda, abunəçilərimizin evi tərk etmədən rahat xidmət alması və karantin rejminə riayət etməsi məqsədilə bütün onlayn müştəri xidmətləri kanallarımızı və telefon mərkəzimizi gücləndirilmiş iş rejiminə keçirmişik.

Yaranmış vəziyyətdə yaşlı nəslin daha həssas təbəqə olduğunu nəzərə alaraq, 65 yaşdan yuxarı olan abunəçilərimizin “Azercell”in müştəri xidmətlərindən evlərini tərk etmədən yararlanması üçün Mobil Müştəri Xidmətlərimizi bu kateqoriyaya aid olan insanlar üçün ödənişsiz etmişik. Bizim əməkdaşlarımız yorulmaq bilmədən karantində olan insanlara və yaşı 65-dən yuxarı olan vətəndaşlara xidmət göstərirlər. Onlar xüsusi qoruyucu geyimdə ən peşəkar şəkildə öz vəzifələrini yerinə yetirirlər.

Biz “Azercell” olaraq, həmçinin, ictimai rifahın dəstəklənməsi və dövlətimizin ölkədə COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi önləyici tədbirlər çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürülməsi, 5728 aztəminatlı əlil ailənin dəstəklənməsi, karantin məntəqələrində virusla mübarizə aparan 600-dən artıq həkim və tibb işçisinin balansına və rominqdə olan abunəçilərin balansına 50 manat həcmində vəsaitin yüklənməsi və digər bu kimi təşəbbüslərlə cəmiyyətimizə öz töhfəmizi vermişik”.

pia.az


Etiket: Azercell

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar