Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-in dəstəklədiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə ötən ildən həyata keçirilən "I2B- İdeyadan Biznesə” layihəsi uğurla davam etdirilir

"Azercell Telekom” MMC-nin tərəfdaş qismində çıxış etdiyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının "İnkişaf Proqramı” və "Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırlan layihə çərçivəsində bu ilin ilk startap turu Mingəçevir şəhərinə təşkil olunub. Mingəçevir şəhəri ilə yanaşı, Gəncə şəhəri, Şəki, Tərtər, Şəmkir, Ucar, Balakən, YevlaxAğdaş rayonlarından olan 100-dən çox gənc startap turuna qatılıb.

Tədbirdə "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov çıxış edib. O, Azərbaycanda startap sahəsində dövlət və özəl təşkilatlar tərəfindən bir sıra layihələrin uğurla həyata keçirildiyini qeyd edib. Bu kimi tədbirlərin yeni İT layihələrinin üzə çıxarılmasına, innovativ ideyaların uğurlu biznesə çevrilməsinə yardım etməklə yanaşı, həm də gənc startapçıların mentorluq dəstəyi, ölkədaxili və xarici investorlarla görüş kimi imkanlarla təmin olunmasına şərait yaratdığını diqqətə çatdırıb.

Mingəçevirdə baş tutan tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninq keçirilib və iştirakçılardan ibarət 8 komanda formalaşdırılıb. İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Hər çıxışdan sonra interaktiv sual-cavab və layihənin müzakirəsi baş tutub. Bu mərhələnin sonunda münsiflər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdiriblər. Beləliklə, 1-ci yerə "Self”, 2-ci yerə "Way friend”, 3-cü yerə isə "SCash” layihəsi layiq görülüb.

Mingəçevirdən sonra növbəti startap turu Sabirabad rayonunda təşkil olunub. Sabirabad rayonu, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə 150-dən çox gənc qatılıb. Müzakirələrdən sonra münsiflər region üzrə 1-ci yerə "OSHE01”, 2-ci yerə "AVP”, 3-cü yerə isə "2SI” layihəsini layiq görüblər. Qeyd edək ki, qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb. Milli Finalda qalib gələcək ilk üç yerin sahibləri mükafatlandırılacaq, həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil və 3 ümumtəhsil müəssisəsində "İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib. Bu il isə startap turları Sumqayıt, Gəncə, Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, ŞamaxıŞəkini əhatə edəcək.
"Azercell Telecom” MMC və PAŞA Bankın dəstəyi ilə fəaliyyət göstərən, Azərbaycanın ilk biznes inkubatoru Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 10 il ərzində bir çox layihələrin həyata keçirilməsinə öz töhfəsini vermiş, 20-yə yaxın startapın müstəqil şirkətə çevrilməsinə kömək olmuşdur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar