Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub

“Azercell” -dən növbəti sosial addım...

Azərbaycanın rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell” ölkəmizdə təhsil səviyyəsinin artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların yaradılması istiqamətində həyata keçirilən önəmli tədbirlərə hər zaman dəstək olur.

41 ölkədə 350 min gənci birləşdirən və Avropanın ən böyük tələbə assosiasiyalarından biri olan Erasmus Tələbə Şəbəkəsinin (ETŞ) Cənubi-Şərqi Avropa Platformasının noyabr ayının 3-də, ADA Universitetində baş tutan bağlanış mərasimi bu tədbirlər sırasındadır.

10 ölkədən təşrif buyuran 70 iştirakçı ETŞ-nin beynəlxalq bölməsindən olan təlimçilərin keçirdiyi sessiyalara qatılıb. Tədbirin rəqəmsal tərəfdaşı olan “Azercell” tərəfindən qonaqlara ödənişsiz mobil nömrə və internet paketləri təqdim edilib.

Cənubi-Şərqi Avropa Platforması hər il təşkil olunan beş regional tədbirdən biridir. Bu tədbirdə müvafiq bölgənin yerli bölmələrindən olan ETŞ üzvlərinin görüşü təşkil olunur, üzvlər arasında məlumat və ən yaxşı təcrübə mübadiləsi aparılır, habelə beynəlxalq səviyyədə məlumat əldə edilir.

Azercell” ilə yanaşı, “Zeytun Bağları”, “Rabitəbank”, “Azərbaycan Turizm Bürosu”, “Responsible Party” və “AGL” tədbirin sponsorları və tərəfdaşları sırasında yer alıb.

pia.az


Etiket: Azercell

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar