Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbayсanda koronavirusla bağlı beynəlxalq avtobuslar hər gün dezinfeksiya olunacaq

Çində ötən ilin sonunda yeni aşkarlanmış koronavirus 2019-nCoV virusuna qarşı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) tapşırığına əsasən insanların kütləvi istifadə etdiyi avtobuslarda (beynəlxalq və ölkədaxili) epidemiya riskinin aradan qaldırılması üçün müvafiq tədbirlərə başlanıb

Bu barədə Trend-ə DANX-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, avtobusların salonunda, xüsusilə beynəlxalq daşımalarda iştirak edən avtobuslarda dezinfeksiya işlərinin gündəlik aparılmasına dair tapşırıq daşıyıcı şirkət rəhbərlərinə verilib və prosesin icrası qurum tərəfindən tam nəzarətə götürülüb:

"Virus ehtimalının çox aşağı olmasına rəğmən beynəlxalq və ölkədaxili daşımalara ciddi tapşırıq verilib. Əvvəlki vaxtlarda dezinfeksiya işləri həftədə bir dəfə, yaxud 15 gündən bir aparılırdısa, bu tapşırıqdan sonra beynəlxalq daşımalarda hər gün, region və şəhərlərarası daşımalarda 3 gündən bir aparılacaq. Dezinfeksiya işləri daşıyıcı şirkət və müvafiq təmizləyici şirkətlə razılıq əsasında görüləcək, nəzarət isə DANX tərəfindən aparılacaq".

Qurumun sözçüsü əlavə olaraq bildirib ki, beynəlxalq daşımalar üzrə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında birbaşa reyslər olmadığından ölkəmizə müntəzəm beynəlxalq marşrut xətləri üzrə daşınan sərnişinlərdə bu virusun aşkarlanma riski yoxdur. Ancaq xüsusilə xəstəliyin aşkarlandığı digər epidemiya zonalarından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, virus və onunla mübarizə metodları haqqında daşıyıcı şirkət rəhbərləri, sürücülər və dispetçerlər ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumatların verilməsi DANX tərəfindən təmin olunacaq.

pia.az


Etiket: Avtobus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar