Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılarla Dağıstan polisi arasında nə baş verib – İnsidentin izi ilə

“Polisin yersiz kobudluğuna insanlar şüşə və daşlarla cavab verdilər, xaos başladı, havaya atəş açıldı”...

Sərhədin bağlanmasından və koronavirus pandemiyasının başlamasından 2,5 ay keçməsinə baxmayaraq, Rusiya ilə sərhəddə vətənlərinə dönmək niyyəti ilə yığılan Azərbaycan vətəndaşlarının problemi hələ də həll edilmir. İyunun 15-də Azərbaycan vətəndaşları ilə Rusiyanın hüquq mühafizə orqanlarının əməkdaşları arasında münaqişə baş verib, nəticədə yeddi hüquq mühafizə orqanının əməkdaşı xəsarət alıb.

Bundan əlavə, insident nəticəsində 5 nəqliyyat vasitəsinə ziyan dəyib. Dərbənd rayounun rəhbəri səlahiyyətlərini icra edən Fuad Şıxıyev Rusiya mətbuatına açıqlamasında, hadisədən sonra 93 Azərbaycan vətəndaşının saxlanıldığını deyib. Rusiya İstintaq Komitəsi hüquq mühafizə orqanlarının işçilərinə qarşı zorakılıqla bağlı yoxlamalara başlayıb.

Azərbaycanlıların hüquq mühafizə orqanları ilə münaqişəyə girməsinin səbəbi nədir və onları bu işə kim təhrik edib?

Moskvadakı Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyev AYNA-ya bildirib ki, vətənə qayıtmaq üçün 700-ə yaxın Azərbaycan vətəndaşı sərhəddə toplanıb: "RusiyaAzərbaycan prezidentləri arasında hər həftə 120 nəfərin sərhədi keçə biləcəyi barədə razılıq əldə edilib. Bu həftə sərhədi keçməli olanların siyahısı tərtib edilmidşdi. Təsdiqlənən siyahı müvafiq qurumlar üçün hazırlanan daxili sənəd sayılmasına baxmayaraq, bu siyahı kimlər tərəfindənsə növbə gözləyən insanlara "sızdırıldı" ki, bu da əhali arasında hiddətə səbəb oldu. Məlum oldu ki, son siyahıda sərhədə cəmi 2-3 gün əvvəl gələn insanlar da daxil edilib”.

“Prinsipcə, insanların hiddətini anlamaq olar, çünki onların arasında bir ay yarım, iki ay vətənə dönmək üçün növbə gözləyənlər var. Bu siyahı insanlarda mənfi reaksiya yaratmaq üçün bilərəkdən "sızdırılıb". Siyahıda öz adlarını tapmayan, lakin yeni gələnlərin daxil edildiyini görənlər etiraz etməyə başladılar. Onlar yola çıxdılar və bu siyahıya cavabdeh olan Təşkilat Komitəsinin binasına tərəf getdilər. Polis onların yolunu kəsəndə, əvvəlcə bəzi təxribatçılar izdiham arasında göründü, lakin sonradan yoxa çıxdılar, insanları təhrik etməyə başladılar. Polislə qarşıdurma da elə bu aqressiv dalğada yarandı. Nəticədə vəziyyəti aydınlaşdırmaq üçün insanları şöbəyə daşımağa başladılar”, - həmsöhbətimiz vurğulayıb.

Tağıyev son məlumatlara istinadən, 100-ə yaxın şəxsin hələ də polis şöbəsində saxlanıldığını qeyd edib: "Azərbaycandan aldığımız məlumata görə, Dağıstandakı vəziyyəti aydınlaşdırmaq üçün Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin, həmçinin Nazirlə Kabineti və Operativ Qərargahın nümayəndələri Dağıstana gəliblər. Sərhədləri öz növbəsində keçməli olanların siyahısı artıq Azərbaycana göndərilib. Düşünürəm ki, Dağıstana gələn məmurlar bu məsələni həll edəcək və tezliklə, bəlkə də bütün vətəndaşlarımızın vətənə qayıtmalarına icazə veriləcək”.

Baş verənlərin canlı şahidi, hazırda Rusiya-Azərbaycan sərhədində olan Heydər adlı həmyerlimiz (soyadını vermədi) də AYNA-ya gördüklərini danışıb: “Siyahıda 240 nəfərin adı vardı. Orada cəmi bir neçə gün əvvəl sərhədə gəlmiş insanların da adları qeyd olunmuşdu. Mən özüm də daxil olmaqla, bir çoxlarımız ilk növbədə yaşlılara, qadınlara və uşaqlara üstünlük verdiyimiz üçün, hələ də Azərbaycana qayıda bilmirik”.

"Biz qruplardakı qadınlar, yaşlılar və uşaqlar üçün iki və ya üç dəfə növbəmizi vermişik, amma belə vəziyyət əbədi olaraq davam edə bilməz. Siyahıların necə müəyyənləşdiyini anlaya bilmirik. Görünür, kimsə bu siyahıları tərtib etməkdə babat qazanc əldə edir. Vətənə qayıtmaq üçün növbə gözləyən Azərbaycan vətəndaşlarının əksəriyyəti böyük problemlərlə üzləşiblər. Çoxlarının pulu qurtarıb. Bu müddət ərzində Dağıstanda növbə gözləyən azərbaycanlılar, təxminən 70-100 min rubl (təxminən 2000 manat) və daha yuxarı məbləğdə vəsait sərf ediblər”, - Heydər söyləyib.

O, iyunun 15-dəki hadisələri barədə bunları da nəql edib: “Mən əvvəlcə vəziyyətin, bizə qarşı belə münasibətin ədalətli olmadığını izah etməyə başladım. Bizə dedilər ki, “qoy, rəhbərlik gəlsin, danışaq”. Amma bu cavab insanları sakitləşdirmədi. İnsanları hər vasitə ilə sakitləşdirməyə çalışırdım. Polis insanları itələməyə başladı və onlardan kobudluq etməməyi xahiş etdim. Əvəzində isə bizimlə elə davrandılar ki, sanki polis paqonunda olanların hamısı erməni idi. Polisin yersiz kobudluğuna insanlar şüşə butılka və daşlarla cavab verdilər. Tam xaos başladı, polis havaya atəş açdı”.

Müsahibimiz həm həmvətənlərimiz, həm də polislər arasında sərxoş insanların olduğunu da etiraf edib: “İnsident zamanı 500-ə yaxın insan döyüldü. Müxtəlif dərəcəli xəsarət alanlar var: kiminsə qabırğası sınıb, kiminsə böyrəyi zədələnib, kiminsə qaraciyəri. Güclü projektorları insanların üzünə tutmaqla “kor edən” polislər adamları “Kalaşnikov” avtomatının qundağı ilə döyürdülər. Hazırda burada çox sayda polis və xüsusi təyinatlı var. Bizə yenə deyirlər ki, guya sərhədi keçməyə icazə veriləcək, ancaq gözləməkdən artıq bezmişik”.

“AiF Dağıstan” qəzetinin redaktoru Vəfadar Məlikov da vəziyyəti AYNA-ya şərh edib: “Azərbaycan hökumətinin çoxsaylı çağırışlarına baxmayaraq, insanlar kütləvi olaraq sərhədə gəldilər, bu zaman isə sərhəd artıq bağlı idi. Bundan sonra Dağıstan və Azərbaycan rəsmilərinin bir neçə görüşü baş tutdu. İnsanlar otellərdə yerləşdilər, lakin onların sayı otellərin tutumundan çox olduğu üçün qalan hissə üçün çadır düşərgəsi quruldu. Şəhərcikdə, təxminən 580 nəfər müvəqqəti olaraq yaşayır. Onların hamısı qida ilə təmin olunsa da, təbii olaraq evlərinə getmək istəyirlər”.

“İnsanlara hər dəfə 120 nəfərlik dəstə ilə sərhədi keçmək imkanı verilmişdi. Elə həmin gün də o qədər adam keçdi. Qalanları üsyan qaldırdı və federal şosseni bağladılar. Polis əməkdaşları əvvəlcə nəzakətlə yolu açmağı xahiş etdilər, bildirdilər ki, onların hamısını sərhəddən buraxmağa hazırdırlar, lakin Azərbaycan tərəfi qəbul edə bilmir. Bu anda narazı qalanlar hüquq mühafizə orqanlarının əməkdaşlarını daşqalaq etməyə başladılar və yeddi nəfər hüquq mühafizə orqanı işçisi xəsarət aldı, beş avtomobilə ziyan dəydi. Hazırda Dağıstan Respublikasının prokuroru vəziyyəti nəzarətə götürüb, İstintaq Komitəsinin nümayəndələri, Dağıstan prokurorunun müavini və Dərbənd vilayətinin prokuroru da hadisə yerindədir. Polisə daş atanlar, əlbəttə ki, Rusiya qanunlarına görə cavab verəcəklər”, - Məlikov sözünə yekun vurub.

pia.az


Etiket: Dağıstan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar