Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr – Siyahı

“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib


Reytinqdə 75-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir.

Azərbaycanla eyni yerdə Qambiya, Tanzaniya, Dominikan Respublikası və Çin qərarlaşıb.

 Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələr araşdırılıb.

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsip əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

1-ci qrupa daxil olan ölkələrə vətəndaşlıq passportu ilə getmək və qeyd olunan müddət qədər orda yaşamaq mümkündür.

– Belarus (90 gün), Gürcüstan (90), Qazaxıstan (90), Qırğızıstan (90), Moldova (90), Özbəkistan (90), Rusiya Federasiyası (90), Tacikistan (90), Ukrayna (90)

Bundan əlavə, hazırda aşağıda adı qeyd edilən ölkələr tərəfindən birtərəfli qaydada Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

İran (15 gün), Türkiyə (1 ay).

2-ci qrup ölkələrə getmək üçün, əslində, viza tələb olunsa da, həmin ölkələrdə Azərbaycan vətəndaşlarına vizalar elə sərhəddə, avtomatik olaraq verilir. Ona görə də faktiki olaraq bu ölkələrə getmək üçün əvvəlcədən viza almaq lazım deyil.

– Banqladeş, Benin, Boliviya, Kamboca, Kapo-Verde, Komor adaları, Cibuti, Qatar, Qvineya-Bisau, Yamayka, İordaniya, Laos, Livan, Makao, Madaqaskar, Malavi, Maldiv adaları, Marşal adaları, Mavritaniya, Mavrikiy, Mozambik, Nepal, Nikaraqua, Palau, Ruanda, Samoa, Seyşel adaları, Somali, Şərqi Timor, Toqo, Tuvalu, Uqanda, Zimbabve.

3-cü qrup ölkələrə yalnız diplomatik və ya xidməti pasportlar vasitəsilə vizasız getmək olar.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar