Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlıları belə qırdılar: “Rossiya 1” - Video

Rusiyanın federal televiziya kanalının arxivindən tapılmış 2013-cü ilə aid görüntülər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib...

9 yanvar 2013-cü ildə “Rossiya 1” telekanalında nümayiş olunan “İmperiyanın əsgəri” sənədli filmində məşhur rusiyalı yazıçı və jurnalist Aleksandr Proxanov Qafanda azərbaycanlıların necə təhqirlərə, işgəncələrə məruz qalmaları və doğma torpaqlarından qovulmaları faktlarından söhbət açıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bir müddət əvvəl mənə Ermənistana, daha dəqiq desəm, azərbaycanlıların kompakt yaşadığı Qafan şəhərinə getmək nəsib oldu. Məhz orada mən erməni vəhşiliklərini öz gözlərimlə gördüm. Ermənilər azərbaycanlıları incidir, hətta onları sudan belə istifadə etməyə imkan vermirdilər. Onları döyə-döyə, öldürə-öldürə Qafandan qovdular. Bu faciə ilk etnik təmizləmə idi. Azərbaycanlılar – uşaqlar, hamilə qadınlar, yaşlı insanlar, kişilər – ayaqyalın, ac, susuz qarın üstündə qalaraq donmuşdular. Onlar öz doğma yurd-yuvalarından, torpaqlarından, kəndlərindən, bağlarından qovuldu”, - məşhur yazıçı qeyd edib.

O bildirib ki, bundan sonra Qarabağ müharibəsi başlayıb, ermənilər Azərbaycandan ayrılmaq, bu Azərbaycan ərazisini ələ keçirmək qərarına gəliblər:

“Qorbaçovun çirkin siyasətinin qurbanı olan dəhşətli bir müharibə... O demişdi ki, qoy bu ziddiyyətləri müharibə gedən respublikalar və xalqlar özləri həll etsinlər. Bu, çox böyük bir səhv və cinayət idi”.(axar.az)

pia.az


Etiket: “Rossiya 1”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar