Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Ötən ilin 10 noyabrından etibarən Rusiya sülhməramlılarının iştirakı ilə Dağlıq Qarabağa xeyli sayda erməni ailələri köçürülüb. Buna baxmayaraq, Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olduğu yerlərinə azərbaycanlıların köçürülməsi ləngiyir.

PİA.az xəbər verir ki, politoloq İlqar Vəlizadə azərbaycanlıların köçürülməməsinin texniki səbəblərlə əlaqələndirib:

"Texniki məsələ ondan ibarətdir ki, bu illər ərzində ermənilər azərbaycanlıların yaşadığı evləri zəbt edərək, orada yaşayırlar. İndi də guya həmin evlər onların adınadır. Azərbaycanlıların qayıtması üçün bu ünvanları dəqiqləşdirməli, sənəd tərtib etməliyik. Soydaşlarımız bu ünvanlara mütləq qayıdacaq. Heç kəsin buna şübhəsi olmasın”.

Politoloq burada təhlükəsizliklə bağlı məqamların da olduğunu bildirib: "Proses təhlükəsizlik şəraitində baş verməli və ardıcıllıq, planlı şəkildə həyata keçməlidir. Təəssüf ki, regionda hələ də separatçı qüvvələr fəaliyyət göstərir. İlk növbədə onlar zərərsizləşdirilməlidir. Nə qədər ki, Araik Arutunyan, Babayan və digərləri orada fəaliyyət göstərir, azərbaycanlıların həmin ərazilərimizə qayıtması bir qədər təhlükəli olacaq. Bu prosesin təmin edilməsində isə sülhməramlılar da iştirak etməlidir”.

İlqar Vəlizadə bu məsələnin həllində Türkiyə hərbçilərinin də yer aldığı Monitorinq Mərkəzinə ümid edir: "Türkiyə sülhməramlılarının gəlişi ilə Monitorinq Mərkəzi fəaliyyətə başlayacaq. Monitorinq Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də məhz azərbaycanlı məcburi köçkünlərin öz doğma el-obalarına qayıdışının təmininatı və separatçı qurumların ləğv edilməsidir”. (Sfera.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar