Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılar nə qədər soğan yeyir? - Statistika

İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə yaydığı məlumatdan aydın olur ki, hökumət soğan idxalına tətbiq olunan rüsumu da aradan qaldırıb

Ekspert: “Bu il də soğana tələbat region ölkələrində yüksək olacaq, bu amil yerli sahibkarlarımız üçün böyük perspektivlər açır”

Azərbaycan bazarlarında soğanın qiyməti yüksək olaraq qalmaqdadır. Apardığımız müşahidələr göstərir ki, hazırda soğanın 1 kiloqramının qiyməti 1,2-1,6 manat təşkil edir.

Xatırladaq ki, yanvarda bir dəfə bahalaşmaya məruz qalan soğanın qiyməti martın ortalarından etibarən yenidən yüksəlib. Bu isə əhalidə ciddi narahatlığa və etiraza səbəb olub. Ardınca isə kələm və kartofun qiymətində də bahalaşmanın qeydə alınması hökumətin hərəkətə keçməsinə səbəb olub.

Nazirlər Kabinetinin aprelin 5-də verdiyi qərarla Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib. Dəyişikliyə əsasən 2019-ci il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkədən 1 kq şalot soğan, ağbaş, qırmızıbaş kələm və digərlərinin ixracına 2 ABŞ dolları gömruk rüsumu tətbiq edilir.

Onu da qeyd edək ki, 2016-cı ilin oktyabrından etibarən Azərbaycan hökuməti soğanın idxalına əlavə rüsum tətbiq edib. Buna səbəb yerli kütləvi idxal nəticəsində yerli məhsulun satışında ciddi problemlərin yaranması olmuşdu. Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan 1 kiloqram soğana 20 sent əlavə rüsum müəyyənləşdirilmişdi.

Dünən İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə yaydığı məlumatdan aydın olur ki, hökumət soğan idxalına tətbiq olunan rüsumu da aradan qaldırıb. Məlumatda deyilir ki, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu il aprelin 30-na qədər, soğan və kələmin ixracına isə bu il mayın 31-nə qədər ixrac rüsumu tətbiq edilib. Bundan başqa, soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətə qədər ləğv edilib: “Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir. Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək”.

Rəsmi məlumatlara görə, ötən il Azərbaycanda soğan istehsalı 233 min ton təşkil edib. 2017-ci ildə isə istehsal 207 min 497 ton olub. 2018-ci ildə istehsal artsa da, ixrac 2017-ci ildən az olub. Belə ki, 2017-ci ildə ixrac 56 min 612 ton, 2018-ci ildə isə 40,6 min ton təşkil edib.

Qonşu Türkiyədə soğanın qiymətindəki artımdan sonra Azərbaycandan bu ölkəyə soğan ixracı başlandıqdan sonra isə daxildə qiymətlər yüksəlib. Belə ki, adətən Azərbaycanda yanvar-mart ayları ərzində 2-3 min ton soğan ixrac olunurdusa, bu ilin 2 ayı ərzində 7 min 300 ton soğan ixrac edilib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə cəmi 1200 ton soğan ixrac olunmuşdu. Bu ilin 2 ayı ərzində ixrac edilən 7300 ton soğanın 5900 tonu Türkiyəyə göndərilib.

Kənd təsərrüfatı üzrə mütəxəssis Nicat Nəsirli hesab edir ki, Nazirlər Kabinetinin qərarı daxili bazarın qorunmasına yönəlib: “Bu qərar dolayısı ilə Azərbaycan soğanına xarici bazarlarda böyük marağın olmasının təsdiqidir, üstəgəl, bizim məhsulumuzun istehsal xərci daha ucuz olduğu üçün onu daha cəlbedici edir. Ötən ilin ikinci yarısında xarici bazarlardan gələn sifarişlər ”hansı qiymətə olursa-olsun, Azərbaycan soğanı almağa hazırıq" tezisinə köklənmişdi. Çünki ətraf region ölkələrdə, eyni zamanda Şərqi Avropa dövlətlərində tərəvəz məhsullarına ciddi tələbat yaranmışdı. Əlverişsiz iqlim amilləri səbəbindən əksər ölkələrində soğana tələbat artmış, hələ ötən ildən mərhələlərlə Türkiyə, Albaniya, Bolqarıstan, Rumıniya, Qətər, BƏƏ və digər ölkələrə ixrac başlamışdı. Rəsmi təsdiq olunan bir fakt: Əgər soğan 2018-ci ilin dekabrında “Azexport.az” portalı üzərindən ixrac sifarişi alan məhsullar sırasında 4-cü yerdə idisə, 2019-cu ilin yanvarında 1-ci yerə yüksəldi. Demək ki, ixrac olunan 7200 ton soğan əhalinin tələbatının pik həddə olduğu yanvar-fevralında ixrac olunub".

N.Nəsirli bildirir ki, soğana tələbat bu il də yüksək olacaq: “Dinamika göstərir ki, bu il də soğana tələbat region ölkələrində yüksək olacaq, bu amil yerli sahibkarlarımız üçün böyük perspektivlər açır. Ölkəmizdə soğanın yığılmasını, qablaşdırılmasını, saxlanmasını bilən onlarla biznes təfəkkürlü imkanlı sahibkarlar var. Onlar soğan əkən, lakin onun logistikasını bilməyən sadə torpaq adamları ilə kooperasiya münasibətlərinə gedərək milyonlarla qazanc əldə edə bilərlər. Əkib becərmək fermerdən, yığıb saxlamaq, müasir anbar kompleksi tikmək isə sahibkardan olsun”.

Maraqlıdır, soğan Azərbaycan ailəsinin büdcəsində hansı paya malikdir ki, onun bahalaşması cəmiyyətdə bu qədər rezonans doğurdu? Rəsmi statistik məlumata görə, Azərbaycanda illik soğan istehlakı 154-155 min ton aralığında dəyişir. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə quru soğanın ərzaq məhsulu kimi istehlakı 154 min 639 ton təşkil edib. Adambaşına illik soğan istehlakı həcminin isə 12 kiloqram olduğu bildirilir.

Bu hesabla 1 ayda 4 nəfərlik ailənin 4 kq soğan istehlak etdiyini nəzərə alsaq, həmin ailənin indiki qiymətlərlə soğana 5,6-6 manat sərf etdiyi nəticəsinə gəlmək olar. Bu isə ailənin aylıq xərclərinin 2,4-2,8 manat artmasını göstərir. Lakin əksər mütəxəssislər bir nəfər üçün soğan istehlakı həcminin xeyli aşağı hesablandığı qənaətindədirlər. Onlar hesab edirlər ki, rəsmi qurumlar istehlak həcmini aşağı hesabladıqları üçün ölkənin bu və ya digər məhsul üzrə daxili tələbatını düzgün müəyyənləşdirmək mümkün olmur. Nəticədə isə soğan, kartof, kələm və digər məhsullar üzrə ehtiyatların yaradılmasında səhvə yol verilir və ixracın artımı daxili bazarda ciddi qiymət bahalaşmasına gətirib çıxarır.

Onu da qeyd edək ki, soğan dünya xalqlarının mətbəxində hətta buğdadan daha çox istehlak olunan əsas məhsuldur. Dünyanın 175 ölkəsində yetişdirilən soğanın adambaşına düşən istehlakında Liviya birinci yerdə gəlir: ildə 33,6 kq. Ondan sonra gələn Seneqalda bir nəfər il ərzində 21,7 kq soğan “yeyir”.

Azərbaycanın şimal qonşusu olan Rusiyada adambaşına illik soğan istehlakı 17 kiloqramdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar