Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlıdan Rusiyada dəhşətli əməl: Sələmə pul verən yaşlı qadını öldürdü və...

Başqırdıstanın Beloretsk şəhərində yaşayan 26 yaşlı azərbaycanlı quldurluqla adam öldürməkdə təqsirli bilinib

PİA.az unikal.org-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın bu respublikasının prokurorluğu yayıb.

Mənbə bildirir ki, təqsirli bilinmiş şəxs 75 yaşlı faizə pul borc verən qadınla tanış olub və dəfələrlə özü və qohumları pensiyaçı qadının xidmətlərindən istifadə edib. Ötən ilin fevral ayında gənc qadını elə onun öz evində boğaraq öldürüb və evdən 70 min rubl oğurlayıb.

Qətli və qarəti törətdikdən sonra o, vətəni Azərbaycana qayıdıb, lakin bir müddət sonra Rusiyaya qayıdaraq, hüquq-mühafizə orqanlarına təslim olub.
Məhkəmədə o, günahını qismən etiraf edib və bildirib ki, qadını öldürmək və qarət etmək niyyəti olmayıb, hadisə təsadüfən baş verib.

Dövlət ittihamçısı çıxışında qeyd edib ki, ittiham olunan şəxs hadisə yerinə əlcəklə gəlib və barmaq izlərini tapmaq mümkün olmayıb. Bu da hadisənin əvvəlcədən planlaşdırıldığını sübuta yetirir.

Məhkəmə ittiham olunan azərbaycanlıya inanmayıb və ittihamçının dəlilləri ilə razılaşıb.

Azərbaycanlı gənc 15 il müddətinə həbs cəzasına məhkum olunub və həbs müddətini ciddi rejimli islah müəssisəsində çəkəcək. Bundan əlavə, 15 il bitdikdən sonra onun azadlığı 1 il müddətinə məhdudlaşdırılacaq və təqsirli bilinmiş şəxs öldürdüyü qadının qohumlarına mənəvi kompensasiya olaraq 330 min rubl ödəməlidir.

pia.az


Etiket: Rusiya kriminal

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar