Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı vunderkind kalkulyatordan daha sürətli hesablayır - Video

Azərbaycanlı vunderkind, 5 yaşlı Maqsud Yusifzadə şahmatda özündən yaşca böyükləri udur və kalkulyatordan daha sürətli hesablayır...

Bu barədə “Report” Rusiyanın “MİR” telekanalına istinadən xəbər verir.

“Maqsud danışmamışdan əvvəl saymağa başlayıb. Onun ilk sözləri ana və ata yox, bir, iki, üç olub. İlk oyuncaqları isə piyadalar, fillər və atlar olub”, - telekanalın süjetində deyilir.

Atası Zaur Yusufzadənin dediyinə görə, Maqsudu şahmat məktəbinə qoymaq istəyəndə hələ 4 yaşı olmadığından onu məktəbə qəbul etmək istəmirdilər.

Telekanal qeyd edir ki, bir il sonra uşaq turnirdə 8 yaşlı şahmatçıları məğlub edərək qızıl medal qazanıb.

Bununla yanaşı, Maqsud kompüterlə hesablama dyarışına girir, anası onu bazara aparanda isə kalkulyatordan tez hesablayır.

“O, dərhal nə qədər ödəyəcəyimi, nə qədər qalıq pul qaytarılmalı olduğunu deyə bilər. Çalışırıq ki, onun bu əməyindən öz məqsədlərimiz üçün istifadə etməyək. Ancaq bu əladır, əsl köməkçimizdir”, - vunderkindin anası Elnarə Yusifzadə vurğulayıb.

Telekanal qeyd edir ki, 6 ölkədən 300 vunderkindin qatıldığı zehni riyaziyyat üzrə olimpiada zamanı Maqsud Yusifzadə ikinci yeri tutub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar