Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı Rusiyada sevgilisi ilə əlbir olub həmyerlisini öldürdü

Rusiyanın Cənubi Saxalinsk şəhərində yanan mənzildən 55 yaşlı Azərbaycan vətəndaşının cəsədi tapılıb

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, ekspertlər sonradan müəyyən ediblər ki, onun ölümünə səbəb qapalı kəllə-beyin travması olub.

Cinayət işinə başlayan müstəntiqlər tezliklə müəyyən ediblər ki, azərbaycanlının ölümündə onun tanışları günahkardır.

Belə ki, iki kişi və bir qadın mənzil kirayəyə götürüblər. Öz aralarında razılığa gəliblər ki, kirayə haqqını bərabər şəkildə ödəyəcəklər. Lakin cəsədi tapılmış şəxsin pulu olmadığı üçün kirayə haqqını ödəməyib.

Məlum olub ki, martın 29-da 55 yaşlı azərbaycanlı qonşu qadınla birlikdə spirtli içki qəbul edib. Alkoqolun təsiri altında onlar yenidən ödəniş məsələsini müzakirə etməyə başlayıb və dalaşıblar. 37 yaşlı qadın münaqişə zamanı kişini vurub, sonra isə lövhəni onun başına çırpıb.

Davaya qadının dostu olan 43 yaşlı azərbaycanlı miqrant da qoşulub və həmyerlisini yumruqlayıb. Səhəri gün onlar döydükləri şəxsi ölü vəziyyətdə görüblər. Cinayəti gizlətmək üçün cəsədi yandıraraq qaçıblar.

Müstəntiqlər cinayət işini məhkəməyə göndəriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar