Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı rəssam İstanbulda rəsm müsabiqəsinin qalibi oldu

İstanbulun Ümraniyə Bələdiyyəsi tərəfindən 15-ci dəfədir təşkil olunan rəsm yarışının qalibi azərbaycanlı gənc rəssam Elçin Mustafayev olub

PİA.az xəbər verir ki, "Yaşlılarımız" mövzusu ilə keçirilən rəsm yarışında 160 rəssamın əsərləri yağlı boya ilə çəkilmiş mübarizə aparıb. Ümraniyə bələdiyyəsinin rəhbəri Hasan Can yarışmada birincilik qazanan həmyerlimiz Elçin Mustafayevi diplomla mükafatlandırıb. Gənc rəssamın əsərini çox bəyəndiyini dilə gətirən bələdiyyə rəhbəri ona uğurlar diləyib.

E.Mustafayev "Report"a açıqlamasında bildirib ki, çəkdiyi rəsmlə günümüzün ən böyük problemini gündəmə gətirməyə çalışıb: "Metroda ayaq üstündə dayanan qocanın rəsmini çəkdim. Biz bu mənzərə ilə hər gün qarşılaşırıq. Xüsusilə İstanbulda gənclər metro stansiyalarında yaşlı insanlara əyləşmək üçün yer vermirlər. Düşünürəm ki, məsələni rəsmlərimizə daşıyaraq gənclərə mesaj verməliyik".

Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan E.Mustafayev Türkiyənin Səlcuq Universitetində magisturatura təhsili alıb. O, hazırda İstanbulda, "Minyatür Art”da tarixi əsərlərin miniatür olaraq hazırlanması və boyanılması emalatxanasının baş rəssamıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar