Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanlı oğlanlar ukraynalı qızlara xüsusi diqqət göstərirlər” - Xarkov şəhərinin meri

“Xarkov şəhərinin sakinləri üçün azərbaycanlıların, Azərbaycan dövlətinin xüsusi müsbət yeri var. Burada Azərbaycan həqiqətlərinin, mədəniyyətinin təbliği üçün istənilən mənada imkanlar var”.

PİA.az xəbər verir ki, bunu “Report”un Avropa bürosuna Ukraynanın Xarkov şəhərinin meri Gennadiy Kernes deyib.

O qeyd edib ki, Xarkovda yaşayan azərbaycanlı gənclər xeyli fəaldırlar:

“Bunlar arasında, təbii ki, tələbələr üstünlük təşkil edir. Çox yaxşı haldır ki, azərbaycanlı oğlanlar Xarkovda ukraynalı qızlara xüsusi diqqət göstərirlər. Bu, iki xalq arasında uzun zamana əsaslanan mədəni əlaqələrin göstəricisidir. Biz buna xüsusi qayğı ilə yanaşmalıyıq”, - mer vurğulayıb.

G.Kernes onu da deyib ki, Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişafında Xarkov şəhərinin xüsusi yeri var:

“Bura mədəni əlaqələrdən tutmuş iqtisadi münasibətlərə qədər bütün kateqoriyalar daxildir. Bundan başqa, bizim şəhərdə azərbaycanlıların diaspor fəaliyyəti günü-gündən artır ki, bu da bu əlaqələrə xüsusi təkan verir. Biz iki ölkə arasında lobbiçilik və həyatın bütün sahələri üzrə fikir mübadiləsini daha da sürətləndirə bilərik. Yuxarıda sadaladığım bütün bunlar üçün əla zəmin yaradır”, - S.Kernes bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar