Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı nazir İranda növbəti görüş keçirib

İranda səfərdə olan Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qonşu ölkənin yol və şəhərsalma naziri Məhəmməd İslami tərəfindən qəbul edilib

Strateq.az “İRİB”-ə istinadla xəbər verir ki, görüşdə iranlı nazir iki ölkənin tarixi və mədəni yaxınlığını vurğulayıb.

Məhəmməd İslami deyib: “İslam Respublikasının düşmənləri həmişə iki ölkə arasında əlaqələri pozmağa çalışsa da, dövətlərimizin iradəsi davamlı əməkdaşlığın təməlini qoyub”.

Nazir Tehran şəhərində İran-Azərbaycan Nəqliyyat Əməkdaşlığı üzrə Birgə Komissiyanın iclasının keçirilməsinə istinad edərək bildirib ki, bu tədbir İslam Respublikası ilə birgə layihələrə aid maneələr və problemləri aradan qaldırmaq üçün yaxşı imkandır. O cümlədən Astara (İran) -Astara (Azərbaycan), ümumi sərhəd körpüsü və Rəşt-Astara şəbəkəsini birləşdirən yeni terminalın istifadəyə verilməsi də daxil olmaqla, müxtəlif layihələr üçün istifadə oluna bilər.

Rəşt-Astara (İran) -Astara (Azərbaycan) dəmir yolunun xüsusi əhəmiyyət kəsb etdiyini deyən Məhəmməd İslami əlavə edib: “Layihənin Şimal-Cənub Dəhlizinə aidiyyətini və iki ölkənin onu tamamlamaq cəhdlərini nəzərə alaraq, tranzit yüklərinin nəqlindən gəlirlər artıracaq”.

Nazir, həmçinin, İranAzərbaycan arasında dəniz nəqliyyatı əməkdaşlığının da yüksək səviyyədə olduğunu vurğulayb.

Azərbaycan Respublikasının nəqliyyat, rabitpə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iki ölkə arasında nəqliyyat əlaqələrinin vacibliyini və bu əlaqələrin dövlətlər arasındakı iqtisadi-ticari əməkdaşlığı və iqtisadi böyüməni təşviq etdiyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar