Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı futbolçulara xəbərdarlıq - Şok faktlar ortaya çıxdı 

Türkdilli ölkələrdə futbolçuların başına oyun açan fırıldaqçılarla bağlı məlumatlar ortaya çıxıb...

Bununla bağlı türkiyəli tanınmış jurnalist Taner Karaman gizli sənədlər əldə edib. Türkiyə klublarının adından saxta sənədlər hazırlayan fırıldaqçı dəstə bu yolla neçə-neçə gənc futbolçunu aldadıb. Belə ki, internet üzərindən oyunçuların ailəsi ilə əlaqə yaradan dələduzlar bu yolla milyonlarla pul qazanıb və tez bir zamanda yoxa çıxıblar.

Xüsusilə də, bu “bəlaya yoluxan”lar içində Azərbaycan, Özbəkistan, Tacikistan kimi Türk dilli ölkələrin futbolçuları yer alır. Onlara Türkiyə klublarına gətirəcəklərini söz verən şəxslər saxta FİFA meneceri sənədləri hazırlayır. Bu yolla oyunçulardan böyük məbləğdə pul tələb edən dələduzlar onlara “Traviya Futbol Agentliyi” qrumu adı altında müraciət edir. İddiaya görə, bu qurum Amerikada yerləşir.

Bəs bu proses necə aparılır?

“İnstagram” üzərindən “ovlar”ına yaxınlaşan fırıldıqçalar sözügedən platformadakı hesablarından futbolçu olduğu anlaşılan şəxslərin bilgilərini toplayır. Daha sonra hər hansı bir klub adından saxta transfer sənədləri hazırlanır. İşin növbəti mərhələsində həmin oyunçularla "Agent_harper_" hesabı ilə bağlantı qurulur və hazırlanan sənədlər bu hesabdan futbolçuya və onun ailəsinə göndərilir. Sonra oyunçunun sənəd işlərinin həll edilməsi məqsədi ilə pul istənilir və onların pul tələbləri getdikcə daha da artır.

Futbolçuları və onların ailələrini “toruna salan” dələduzlar klubların rəsmi şəxsləri adından saxta elektron poçt ünvanı açıb mesaj yazaraq daha da inandırıcı olmağa çalışırlar. Belə bir problem Tacikistanın gənc futbolçusuna da bulaşıb.

Əldə edilən bilgiyə görə, Türkiyənin “Başakşəhər” klubu adından hazırlanan saxta sənədlə tacikistanlı Akhtamov Khamzadzhonla əlaqə yaradılıb. İlk növbədə saxtakarlar sənəd işlərinin həlli üçün 750 avro tələb edib. Bundan sonra İstanbul təmsilçisinin adından e-mail açılıb və daha da inandırıcı olması üçün klub prezidenti Göksəl Gümüşdağ adından mesaj atılıb. Futbolçunun ailəsi saxta sənəddəki transfer dəyərinin ən az 750 min avro olduğunu gördükdən sonra dələduzların bütün göstərişlərini həyata keçirib.

Məsələ aşkarlandıqdan dərhal sonra klub rəsmisi Mustafa Əröğüt sənədlərin saxta olduğunu bildirib. Eyni zamanda transfer sənədlərinin heç birində Göksəl Gümüşdağın adı olmadığını vurğulayıb. Həmçinin saxtakarların klubun adresi olaraq qeyd etdikləri yerin əslində, İBB-nin adresi olduğu da üzə çıxıb.

Mənbədə Azərbaycan, Özbəkistan, Tacikistan kimi Türk dilli ölkələrdən olan futbolçulara xəbərdarlıq edilərək belə fırıldaqçılara qarşı diqqətli olmaları qeyd olunub.(yeni sabah)

pia.az


Etiket: futbolçular


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar