Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı dünya çempionu: “Ən güclü rəqiblərim İslamiadada yoxdur”

“Bizim üçün məsuliyyətli yarışdır. Ona görə də İslam Həmrəyliyi Oyunlarına həmişəki kimi yaxşı hazırlaşmışıq. Həm də dünya çempionatı ilə arasında az məsafə olduğundan bu yarışa var gücümüzlə hazır olmağa çalışmışıq. İnşallah, komanda şəklində yeni rekorda imza atarıq”.

Bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında yunan-Roma güləşi üzrə dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli deyib.

30 yaşlı güləşçi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 55 kq çəki dərəcəsində təmsil edəcək. Əzizli bildirib ki, əsas diqqətlərini 10-18 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına yönəldiblər:

“Şəxsən burada mənim əsas rəqibim Qazaxıstan və Türkiyə idmançıları olacaq. Çünki digərlərinə nisbətdə onlar daha yaxşıdırlar. Amma ən güclü rəqiblərim burada yoxdur, dünya çempionatındadırlar. Əsas oraya hazırlaşırıq”.

Qeyd edək ki, İslamiadada yunan-Roma güləşinə avqustun 12-də start veriləcək.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar