Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı ana Ermənistana aparılan oğluna qovuşdu - Video

Erməni ailəsinin övladlığa götürüb Ermənistana apardığı Eldəniz Məmmədov (Armen) doğma anası Qəndab Əhmədovaya qovuşub...

51 illik həsrətə Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramı son qoyub.

Onların görüşü Eldənizin hazırda yaşadığı Rusiyanın Rostov şəhərində baş tutub. 65 yaşlı ana ilə 51 yaşlı oğulun görüşündə təsirli anlar yaşanıb.

1954-cü il təvəllüdlü Qəndab Əhmədova 14 yaşı olarkən qohumu tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb. Nikah yaşına çatmayan qızla cinsi əlaqəyə girdiyinə görə onu qaçıran şəxs həbs olunur və 8 il azadlıqdan məhrum edilir. Qəndab ata evinə qaytarılır. Lakin sonra onun hamilə olduğu məlum olur. Beləliklə, 1 yanvar 1968-ci ildə qaçırılan Qəndab 13 oktyabr 1968-ci tarixində oğlu Eldənizi dünyaya gətirir. Uşağa ananın soyadı verilir. Əhmədova Qəndab xanımın qızlıq soyadı Məmmədovdur. Beləliklə, doğulan körpənin doğum şəhadətnaməsində Eldəniz Məmmədov Famil oğlu yazılır. Qəndabın ailəsi bu uşağı qəbul etmir və atılır. Faciə də bundan sonra başlayır...

Onun 51 il əvvəl - 1968-ci ildə dünyaya gətirdiyi oğlu erməni ailəsinə övladlığa verilib və yeni ailəsilə birlikdə Ermənistana köçüb. Eldəniz 1972-ci ildə 4 yaşı olarkən erməni ailəsinə övladlığa verilir. Erməni ailə Eldənizi Körpələr Evindən götürdükdən sonra adını dəyişib Armen qoyur. 1988-ci ildə ailə gecə ilə Azərbaycanı tərk edərək Ermənistana köçür. Armen Ermənistanda kollec bitirib və orada həqiqi hərbi xidmətdə olub. Onun azərbaycanlı olması hər kəsdən gizli saxlanılır. Analığı ölən günü bu sirri Armenin əmisi oğlu Robertə açır və Robertə tapşırır ki, onu Ermənistandan çıxarsın.

Oğlundan xəbərsiz olan Qəndab xanım bir müddətdən sonra ailə qurur. Lakin bir daha ana olmur. Həyat yoldaşının razılığı ilə övladlığa uşaq götürürlər. Buna baxmayaraq öz doğma oğlunu axtarır. Bu axtarış illərlə davam etsə də heç bir nəticə vermir. Hacıxanım Qəndab sonda oğlunun axtarışını "Səni axtarıram" proqramına həvalə edir və acı həqiqət üzə çıxır. (baku.ws)

pia.az


Etiket: ana ğvlad


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar