Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı alim koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqlandı

Vaksin illüziyasına qapılmayın...

"Əgər infeksiya kaskad effekti almasa, reinfeksiya olmasa, yəqin ki, yaxın 2 aydan sonra infeksiya haqda keçmiş zamanda danışmaq mümkün olacaq. Spesifik müalicə və profilaktik vasitə (vaksin) yoxdur. Vaksin illüziyasına qapılmayın. Vaksin yaradılıb sənaye istehsalına buraxılana qədər virus canlı aləmi tərk edəcək!"

Tibb elmləri doktoru, professor Adil Qeybulla belə düşünür. O deyir ki, koronavirusun sürətlə yayılmasının qarşısı alınarsa, 2 ay müddətində təmamən yoxa çıxa bilər.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Transplantologiya kafedrasının professoru vaksin olmadığından virusdan qorunmaq yolunu ancaq karantin rejiminə ciddi əməl etmədə və şəxsi gigiyenaya riayət etməkdə görür:

"Dünya təcrübəsi göstərdi ki, sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə əməl etmək virusun canlı hüceyrələrdə bəslənmə şanslarını itirir. Əlləri isti su altında 30 saniyə ərzində tez-tez diqqətlə yumaq, canlı insanla təmaslardan qaçmaq (sosial izolyasiya, antikommunikasiya), maska taxmaq, immun sistemini gücləndirmək, fiziki fəallığı artırmaq əsas görəcəyimiz işlər olmalıdır!

Yoluxma üçün ekspozisiya (təmas) müddəti və buna bağlı virus yüklənməsi də xüsusi önəm kəsb edir. Həkimlər arasında ölüm hallarının bir səbəbi də bununla izah olunur. Gizli dövr, orta hesabla 14 gün, son məlumatlara görə, bəzən 28-29 günə qədər tərəddüd edə bilər".

Hər il dünyada qrip infeksiyasından ölənlərin statistikasını nümunə gətirən A.Qeybulla insanları panika və təşvişə düşməməyə çağırır:

"Mənə bir həkim kimi olan çoxsaylı zənglərdən görürəm ki, insanlar panika və təşviş içindədirlər. Kütləvi psixoz durumu yaranıb. İnsanları təşviş keçirməməyə çağırıram.

Düzgün təsəvvürlərin yaranması üçün bir statistikanı nəzərinizə çatdırım: hər il dünyada qrip infeksiyası (H1N1) fonunda ölüm halları (ya yanaşı xəstəliklərdən, ya da virusun yaratdığı birbaşa bakterial və septik ağırlaşmalardan) COVID-19-dan dəfələrlə çox olur. Koronavirusların diğər təhlükəli növləri sayılan SARS və MERS COVID-19-dan daha ağır gedişə malik olub yüksək ölüm faizinə malikdir: uyğun olaraq 11% (SARS) və 35-50% (MERS).

İnfeksiyadan dünyasını dəyişənlərin təhlili göstərir ki, əksər hallarda infeksiya yaşlı və yanaşı ağır xəstəlikləri (co-morbid vəziyyət) olanlar arasında bir provakasiya rolunu oynayıb. Onsuz da dünyada hər il insanlar bu patologiyaların ağırlaşmasından dünyasını dəyişirlər.

İnfeksiya ətrafında yaranmış ajiotaj infeksiyanın mahiyyətinə qəti adekvat deyil. Şayiə xarakterli informasiyalara inanmayın! Qətiyyən qorxmayın və əndişə keçirməyin! Unutmayın ki, qorxu da immuniteti aşağı salır. Qorxu heç nəyi həll etmir! Əksinə laqeyd də qalmaq olmaz! Ehtiyatlı və diqqətli olmaq isə şərtdir".

A.Qeybulla deyir ki, koronavirusa yoluxanların əksəriyyəti xəstəliyi yüngül keçirir:

"COVID-19 hər 4 adamdan 1-də tam asimptomatik (subklinik formada) keçir. Xəstəlik yüngül gedişli soyuqdəymə əlamətləri ilə, həyati təhlükəsiz bakterial və ya virus pnevmoniyası ilə, kəskin respirator distres sindromu ilə, ağ ciyər çatmazlığına gətirən ağır atipik pnevmoniya ilə və bu fonda yaranmış septiki şok və poliorqan çatmazlığı ilə müxtəlif gedişlərlə müşahidə oluna bilər".

Adil Qeybulla COVID-19 pandemiyasının dünya düzənini, siyasi və iqtisadi coğrafiyanı dəyişməyə doğru hədəfləndiyini düşünür:

"Bunun arxasında həm də ciddi maraqların dayandığı göz önündədir… Bu məsələlər bizim iradəmiz xaricindədir, təəssüf ki… Allah millətimizi qorusun!" (Baku.ws)

pia.az


Etiket: Adil Qeybulla


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar