Çərşənbə, 13 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycanlı milyarder Fərhad Əhmədov doğulduğu Göyçay rayonunda - Foto

Azərbaycanlı milyarder Göyçaya gəldi...

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov doğulduğu Göyçay rayonuna qonaq gəlib.

PİA.az xəbər verir ki, F. Əhmədov rayonda həmyerliləri və sinif yoldaşlarıyla görüşüb. Sosial şəbəkələrdə iş adamının Göyçay gəzintisi ilə bağlı foto paylaşılıb.

Qeyd edək ki, son vaxtlar azərbaycanlı biznesmenin adı müxtəlif qalmaqallarda səsləndirilir. Onun keçmiş yoldaşı Tatyana Əhmədovadan boşanması da mətbuatın diqqətində olub. Hətta F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biri kimi tarixə düşüb. Buna görə də iş adamının İngiltərədəki aktivlərinin bir hissəsi dondurula biləcəyi haqqında məlumatlar da yayılıb. Səbəb isə F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsidir. Məhkəmənin qərarına əsasən biznesmen T.Əhmədovaya sərvətindən 450 milyon funt-sterlinq ödəməli olsa da, biznesmen keçmiş xanımının hesabına yalnız 5 milyon funt-sterliq köçürüb.

Xatırladaq ki, FORBES-in Rusiyalı milyarderlərlə bağlı yeni siyahısında F. Əhmədov 1,4 milyardlıq sərvəti ilə (ötən ilki sərvəti 1,3 milyard olub) 69-cu yerdə qərarlaşıb. (qafqazinfo.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar