Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Rusiya birgə peyk rabitəsi və yayım xidmətləri göstərəcək

Azərbaycanın “AzərCosmos” ASC Rusiyanın Peyk Rabitə Şirkəti (Russian Satellite Communications Company – RSCC) ilə əməkdaşlıq sazişi imzalayıb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, razılaşmaya görə şirkətlər birgə peyk rabitəsi və yayım xidmətləri təqdim edəcək.

Bunun üçün hər iki tərəfdaş “AzerSpace 1” və “AzerSpace 2” və “Express AM” peykləri də daxil olmaqla aktivlərindən istifadə edəcək. Xidmətlər Avropa, Yaxın Şərq, Afrika, habelə RusiyaAzərbaycanda müxtəlif iqtisadi və dövlət idarəetmə sektorları üçün şəbəkələri birləşdirəcək.

“Bu müqavilə Rusiya ilə Azərbaycan arasında ticarət və iqtisadi əlaqələrin möhkəmlənməsinin məqbul davamıdır və onun icrası qlobal peyk bazarındakı mövcud vəziyyətdən irəli gəlir. Bu da diqqətəlayiqdir ki, Xəzər regionunda regional əməkdaşlığımızın daha yüksək səviyyədədir.

RSCC və “AzerCosmos” uzun illərdir ki, Avropa, Yaxın Şərq və Afrika bazarlarında uğurlu fəaliyyət göstərir. İki milli peyk operatorunun səylərinin birləşməsi Rusiya-Azərbaycan əməkdaşlığında yeni bir səhifə açır və yəni xarici istehlakçılar üçün müştərək ixrac imkanları yaradır”, – RSCC-nin baş direktorunun müavini Kseniya Drozdova deyib.

Xatırladaq ki, sazişi Azərbaycan tərəfindən “AzərCosmos”un sədr müavini Rövşən Rüstəmov, RSCC tərəfindən isə baş direktorun müavini Kseniya Drozdova imzalayıblar.

pia.az


Etiket: peyk rabitəsi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar