Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Meksika gömrük sahəsində yeni saziş imzalayacq

Səfər Mehdiyev Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb...

Oktyabrın 21-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

DGK-dən Trend-ə verilən məlumata görə, səfiri səmimiyyətlə salamlayan S.Mehdiyev iki ölkə arasında mövcud münasibətlərin hazırki durumundan məmnunluqla bəhs edib, Azərbaycan və Meksikanın iqtisadi sferada qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Komitə sədri bildirib ki, son dövrlərdə iki ökə arasında ticarət dövriyyəsinin artmasının əsas amillərindən biri də səmərəli və işgüzar əlaqələrin mövcudluğudur.

İki ölkənin gömrük qurumları arasındakı əlaqələrdən də söhbət açan S.Mehdiyev "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş"in imzalanması prosesinin sürətlənidirilməsinin zəruriliyini vurğulayıb, bu sənədin qarşılıqlı iqtisadi-ticari münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar barədə səfiri məlumatlandıran Komitə sədri, tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğunu, vətəndaş-məmur təmasının minimuma endirildiyini, gömrük və sərhədkeçmə prosedurlarının sadələşdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ümumilikdə aparılan islahatlar beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsini, eyni zamanda büdcə gəlirlərinin artması və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində uğurlu nəticələrin əldə olunmasını təmin edib.

Səfir Xuan Rodriqo Labardini Flores səmimi görüşə görə təşəkkürünü bildirib və iki ölkə arasındakı əlaqələrdən məmnunluqla bəhs edərək, yaxın zamanlarda imzalanması nəzərdə tutulan "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş"in əlaqələrin daha da möhkəmlənməsinə, ticarət dövriyyəsinin artmasına şərait yaradacağına əminliyini ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar