Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanla Körfəz ölkələrinin iqtisadi əlaqələri potensialdan dəfələrlə aşağıdır”

"Azərbaycan Körfəz Ərəb Dövlətləri Şurasının üzvü olan ölkələrlə siyasi əlaqələrə böyük önəm verir"


Bunu Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumunda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
 
Nazir bildirib ki, prezident İlham Əliyev Şura ölkələri ilə siyasi əlaqələrə xüsusi diqqət ayırır: "Prezident İlham Əliyevin bu ölkələrə səfəri siyasi əlaqələri gücləndirib və bu əməkdaşlıq böyük perspektiv vəd edir. İqtisadi əlaqələr də siyasi əlaqələr səviyyəsinə yüksəldilməlidir. Azərbaycanla Şura ölkələri arasında iqtisadi əlaqələr potensialdan aşağıdır".

Ş. Mustafayev əlavə edib ki, ötən il Şura ölkələri ilə ticarət dövriyyəsi 86 mln. dollar, bu ilin 8 ayında isə 40 mln. dollar təşkil edib. "Düzdür, ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 2 dəfə artıb. Bununla belə, iqtisadi əlaqələr mövcud potensialdan dəfələrlə aşağıdır. Körfəz ölkələrində ÜDM-in həcmi 1 trln. 360 mln. dollar təşkil edir. Körfəz ölkələrinin Azərbaycana qoyduğu investisiya 1 mlrd. 300 mln. dollardır. Bu investisiyada əsasən BƏƏ-nin, Səudiyyə Ərəbistanının və Bəhreynin payı var. Azərbaycanın isə Körfəz ölkələrinə qoyduğu investisiya 300 mln. dollar təşkil edir".
 
O vurğulayıb ki,  Azərbaycanda Körfəz ölkələrindən olan 280 şirkət fəaliyyət göstərir.
 
Azərbaycanın sabit ölkə olduğunu qeyd edən nazir Körfəz ölkələrini Azərbaycanın müxtəlif sektorlarına investisiya qoymağa çağırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar