Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Ermənistan arasından imzalanacağı gözlənilən sülh sazişi Yerevanda yeni bir siyasi böhrana yol aça bilər?

“Nə sülh, nə müharibə” prinsipi hazırkı durumda ermənilər üçün alternativ olaraq görünürmü?..

Politoloq: “Noyabrda Azərbaycanla Ermənistan arasında hər hansı bir sənədin imzalanması gözləniləndir”.

Ermənistan mətbuatında, vaxtıyla Paşinyana yaxın olan bir şəxsin saytında Azərbaycanla Ermənistan arasında iki sənədin imzalanması xəbəri verildi. Bu sənədlərin də kommunikasiya və sərhədlərə bağlı olacağı deyildi. Bu yazı böyük ehtimalla Paşinyan tərəfindən ictimai rəyin hazırlanmasına ünvanlanan məqsədli bir sızıntı idi”.

Bu sözləri politoloq Fərhad Məmmədov noyabr ayında AzərbaycanErmənistan arasında yeni sənədin imzalanması iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

AzərbaycanErmənistan prezidentlərinin Moskvada görüşəcəyi, iki yeni sənədin imzalanacağı haqqında xəbərlər yayılıb və demək olar ki, Ermənistan ictimaiyyəti bu xəbərlərdən çox narahat olub. Xüsusilə Rusiya prezidenti Vladimir Putinin Valday klubundakı çıxışında səsləndirdiyi fikirlər ermənilərdə ciddi təşviş yaradıb. Aydındır ki, hazırda Ermənistan “nə sülh, nə müharibə” prinsipindən çıxış edir. Artıq müxalifər küçə etirazlarına başlamaq haqda qərar da verib.

Bəs noyabrda imzalanacağı gözlənilən sülh sazişi Ermənistanda yeni bir siyasi böhrana yol aça bilərmi? Ümumiyyətlə isə, “nə sülh, nə müharibə” prinsipi hazırkı durumda ermənilər üçün alternativ olaraq görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Ermənistanın xarici siyasətində əsas siyasi faktor Rusiyadır. Rusiya da məhz bu razılaşmanın qarantıdır”.

Ermənistanın siyasi reallığında kritik insan kütləsi məsələsinin olduğunu xatırladan politoloq PİA.az-a bildirib ki, müxalifətin aksiyasına kütlə yığılacaqsa və dövlət strukturlarının fəaliyyətlərini iflic olunacaqsa, bu zaman Ermənistanda siyasi böhran baş verə bilər:

“Son hadisələr və proseslər, ələxsus Paşinyanla Putinin görüşü, daha sonra MDB sammitində Paşinyanın çıxışı, orada marşrutlarla bağlı tam dəqiq ifadələrin səsləndirilməsi, Azərbaycanın əsas hissəsindən dəmir yoluyla yanaşı avtomobil yolunun çəkilməsi məsələsi, Paşinyanın bu çıxışından sonra hökümətlər arası komissiyanın iclası, bu iclasdan öncə Ermənistanın baş nazirinin müavininin yeni avtomobil yolları haqqında fikirlər səsləndirməsi onu deməyə əsas verir ki, noyabrda Azərbaycanla Ermənistan arasında hər hansı bir sənədin imzalanması gözləniləndir.

Eyni zamanda Ermənistan mətbuatında, vaxtıyla Paşinyana yaxın olan bir şəxsin saytında Azərbaycanla Ermənistan arasında iki sənədin imzalanması xəbəri verildi. Bu sənədlərin də kommunikasiya və sərhədlərə bağlı olacağı deyildi. Bu yazı böyük ehtimalla Paşinyan tərəfindən ictimai rəyin hazırlanmasına ünvanlanan məqsədli bir sızıntı idi.

Ermənistan ictimaiyyətində bu xəbərlər qarşı həm Rusiya tərəfində olanlar, yəni Köçəryan və Sərkisyan tərəfdarları, həm də Qərb pərəstlər, yəni Milli Demokratik Qütb adlanan və Jirar Sefilyanın rəhbərlik etdiyi ifrat radikal siyasi qruplar etiraz aksiyasına başlayıb. Yəni biri aksiyanı başlayıb, biri də aksiyanın keçirəcəklərini elan ediblər.

Fərhad Məmmədov: “Avropa Birliyi, hətta İran da gördü ki, müdaxilə etmələrinə baxmayaraq onlar prosesin qarşısını ala bilmirlər. Buna görə də Qərb və İran Ermənistanda siyasi böhranın yaranmasında elə də maraqlı olmayacaqlar”.

Qeyd edim ki, Ermənistan siyasi reallığında kritik insan kütləsi məsələsi var. Yəni müxalifətin aksiyasına böyük kütlə yığılacaqsa və müxalifət dövlət strukturlarının fəaliyyətlərini iflic edə biləcəksə, bu zaman Ermənistanda siyasi böhran baş verə bilər. Amma indiki şəraitdə biz görürük ki, nə Köçəryan tərəfdarları, nə də Jirar Sefilyan tərəfdarları hadisələrin axarını dəyişdirə biləcək kritik insan kütləsini toplaya bilmirlər. Çünki Paşinyan öz addımlarını cəmiyyətə izah edə bilir. İkincisi də həmin bu qüvvələrin anti-reytinqi reytinqlərindən daha yüksəkdir.

Bildiyimiz kimi Ermənistanın xarici siyasətində əsas siyasi faktor Rusiyadır. Rusiya da məhz bu razılaşmanın qarantıdır. Eyni zamanda Avropa Birliyi, hətta İran da gördü ki, müdaxilə etmələrinə baxmayaraq onlar prosesin qarşısını ala bilmirlər. Buna görə də nə Qərb, nə də İran Ermənistanda siyasi böhranda elə də maraqlı olmayacaqlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar