Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Ermənistan arasında rabitə varmı?

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan son açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında mövcud olan operativ əlaqə işlək vəziyyətdədir

Yəni erməni nazir demək istəyir ki, gərəkliyi hallarda müharibə vəziyyətində olan tərəflər bir-biri ilə əlaqə saxlayıb hansısa məsələni yoluna qoymağa çalışırlar.

İki tərəf arasında rabitənin qurulması haqqında razılıq ötən ilin sentyabr ayında Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasındakı qısa görüşdə əldə olunmuşdu. Liderlər MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində görüşmüşdülər. İlham Əliyev Nikol Paşinyanla əsas olaraq tımas xəttindəki gərgin vəziyyəti müzakirə etmişdilər. Bu İlham Əliyevlə Nikol Paşinyan arasında ikinci qeyri-formal görüş idi. Paşinyan görüşdən sonra demişdi ki, Azərbaycan prezidenti ilə sərhəddə hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq veriblər. Paşinyanın sözlərinə görə, o İlham Əliyevlə görüşdən sonra əldə olunan razılaşma haqqında separatçıların lideri Bako Saakyanı məlumatlandırmış, Ermənistan silahlı qüvvələrinin rəhbərliyinə isə müvafiq sərəncamlar vermişdi.

Bir il keçib. Göründüyü kimi Düşənbədəki razılaşmalar işləmir. Paşinyan hakimiyyətdə olduğu ilk 4 ayda cəbhə xəttində sakitlik idi. Rəsmi Bakı bununla Paşinyana zaman tanımışdı. Paşinyan da bu vəziyyətdən məmnun idi. Ancaq Paşinyan Düşənbə görüşündən sonra heç bir addım atmadı və getdikcə ritorikası sərtləşdi və hətta “Qarabağ Ermənistandır” deyəcək duruma gəldi. Aydındır ki, belə vəziyyətdə heç bir razılaşma işləyə bilməzdi.

Belə olan halda Ermənistan xarici işlər nazirinin nəzərdə tutduğu Azərbaycanla rabitə kommunikasiyası necə işləyə bilər?

Azərbaycan ordusu və sərhəd qoşunları tez-tez yerdəyişmələr edirlər, taktik döyüşlər qeydə alınır, atəşkəs də tez-tez pozulur. Və ya Ermənistan hərbçisi təmas xəttini keçərək bölmələrimizə təslim olur. Bu vəziyyətdə erməni nazirin dediyi kimi hansısa rabitə vasitəsi varsa belə bu heç nəyə yaramır. Mümkündür ki, Zöhrab Mnatsakanyan erməni cəmiyyətini sakitləşdirmək üçün Azərbaycanla hansısa rabitə kommunikasiyasının işlədiyini bildirib.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar