Bazar ertəsi, 21 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanla Ermənistan arasında geniş miqyaslı sərhəd müharibəsi ehtimalı... - Oktay Qasımovdan şərh

Politoloq: “Hələ ki, yaxın zamanlarda Qarabağda və ondan kənarda böyük müharibənin başlanması gözlənilmir”.

“Təxribatın nə üçün Dağlıq Qarabağ və onun ətraf rayonlarında deyil də, Dağlıq Qarabağdan bir neçə yüz kilometr aralıda olan bölgədə olmasının səbəblərindən biri Tovuz bölgəsində Azərbaycan və ümumiyyətlə dünya iqtisadi sistemi üçün əhəmiyyət daşıyan çox önəmli olan enerji dəhlizinin mövcud olmasıdır”.

Bu sözləri politoloq Oktay Qasımov Azərbaycanla Ermənistan arasında geniş miqyaslı müharibənin başlayacağı ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

Tovuz döyüşlərindən sonra demək olar ki, bütün beynəlxalq ekspertlər Azərbaycanla Ermənistan arasında geniş miqyaslı müharibənin başlayacağı ehtimalının böyük olduğunu qeyd edirlər. Ekspertlər müharibənin Dağlıq Qarabağdan kənarda, Azərbaycan-Ermənistan sərhədində başlayacağını və böyüyəcəyi ehtimalına daha çox diqqət çəkirlər. Bu isə müharibənin

Müharibənin məhz Azərbaycan-Ermənistan sərhədinə keçirilməsi hansı geosiyasi və siyasi maraqlardan xəbər verir? Ümumiyyətlə Azərbaycanla Ermənistan arasında Qarabağdan kənar, ya da Qarabağda daxil olmaqla böyük müharibənin başlanmasına ehtimal vermək olarmı və bu müharibə bölgəyə necə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Oktay Qasımova müzakirə edib.

Oktay Qasımov: “Ermənistanda hazırda Rusiyaya meylli müxalifət qüvvələrinin təmərküzləşməsi prosesi gedir”.

Tovuz döyüşlərində Ermənistan hakimiyyətinin hesablarının baş tutmadığını vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Ermənistanın bu təxribatları beynəlxalq səviyyədə Yeravana siyasi və geosiyasi dividend gətirmədi:

Ermənistanın iyun ayının 12-də Tovuz istiqamətində başlatdığı hərbi təxribatların mahiyyəti bəllidir. Əvvəla Ermənistanın Tovuz istiqamətində törətdikləri təxribatın birinci səbəbi Ermənistanın özünün daxilində olan ictimai-siyasi vəziyyətlə bağlı idi. Çünki məlumdur ki, bir müddət əvvəl Paşinyan Sərkisyan hakimiyyətini devirdi və özü hakimiyyətə gəldi. Paşinyan hakimiyyətə gələndən sonra isə xalqa bir çox vədlər verdi. Bu vədlərin böyük bir qismi reallaşmadığı üçün xalq hakimiyyətdən vədlərin yerinə yetirilməsini tələb edirdi.

İkinci tərəfdən isə hakimiyyət tərəfdarları və Rusiyaya yaxın olan bir çox qüvvələr Nikol Paşinyan hakimiyyətinə qarşı müxalifətə keçdiklərini bildiriblər. Yəni Ermənistanda hazırda Rusiyaya meylli müxalifət qüvvələrinin təmərküzləşməsi prosesi gedir. Ermənistan hakimiyyəti də ictimaiyyəti bu tipli məsələlərdən uzaq tutmaq üçün Tovuz təxrubatına əl atdı.

Həmçinin də COVID-19 pandemiyası ilə bağlı durum ətrafdakı ölkələrlə müqayisədə Ermənistanda daha acınacaqlıdır. Bu acınacaqlı vəziyyət, həm yoluxma sayı, həm də insanların müalicə ilə bağlıdır. Ermənistanda koronavirusa çoxlu sayda yoluxan və həyatını itirənlər var. Faktiki olaraq həmin dövrdə Ermənistan hakimiyyəti COVID-19-a təslim olmuş vəziyyətdə idi. Təbii ki, insanlar bu vəziyyəti də hakimiyyətdən hesab sorurdular. İnsanlar ölkədə COVID-19-a qarşı nə üçün effektiv tədbirlər görülmədiyinin səbəbini bilmək istəyirdilər. Bu baxımdan da Ermənistan hakimiyyəti daxili vəziyyətdən yayınmaq üçün təxribata əl atdı.

Oktay Qasımov: “Ermənilər Azərbaycan iqtisadiyyatına zərər vurmaq və onun əsas gəlir qaynağını sıradan çıxarmağa hədəflənmişdilər”.

Təxribatın nə üçün Dağlıq Qarabağ və onun ətraf rayonlarında deyil də, Dağlıq Qarabağdan bir neçə yüz kilometr aralıda olan bölgədə olmasının səbəblərindən biri Tovuz bölgəsində Azərbaycan və ümumiyyətlə dünya iqtisadi sistemi üçün əhəmiyyət daşıyan çox önəmli olan enerji dəhlizinin mövcud olmasıdır. Bu ərazidən Bakı-Tbilisi-Ceyhan, Bakı neft kəmərləri və o cümlədən Bakı-Tbilisi-Ərzurum qaz kəməri keçir. Həmçinin də Azərbaycanı Gürcüstan üzərindən Avropaya vağlayan həm avtomobil, həm də dəmir yolları buradan keçir. Yəni Tovuz olduqca strateji əhəmiyyətə malik olan bir bölgədir.

Onu da qeyd edim ki, Azərbaycan iqtisadiyyatının gəlirlərinin 80 faizi məhz bu enerji dəhlizləri vasitəsilə formalaşır. Bu baxımdan ermənilər Azərbaycan iqtisadiyyatına zərər vurmaq və onun əsas gəlir qaynağını sıradan çıxarmağa hədəflənmişdilər.

Həm də Ermənistan bu təxribatı iki dövlət arasında aparmaqla onlar özlərini daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək almağı düşünürdülər. Bildiyimiz kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Qazaxıstan, Belarus kimi ölkələr də daxildir. Bu ölkələrdən Qazaxıstan və Belarusun Azərbaycanla münasibətləri kifayət qədər yaxşıdır.

Oktay Qasımov: “Türkiyə həm prezident, həm xarici işlər naziri, həm müdafiə naziri səviyyəsində bütün hallarda Azərbaycanın yanında olacağını qeyd etdi”.

Amma Ermənistan hakimiyyətinin hesatları baş tutmadı. Ermənistanın bu təxribatları beynəlxalq səviyyədə onlara siyasi və geosiyasi dividend gətirmədi. Ermənistan KTMT-ni də münaqişəyə cəlb edə bilmədi. Hərbi baxımından Ermənistanın kiçik uduşları oldu. Yəni bizim yüksək rütbəli zabitlərimiz şəhid oldu. Bunlar generalımız Polad Həşimov və digər polkovnik, mayor zabitlərimiz, o cümlədən əsgərlərimiz şəhid oldular. Amma təbii ki, Azərbaycan ordusu borclu qalmadı. Ordumuz Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldı və ermənilərin hərbi obyeklərin yerlə-yeksan etdilər.

Siyasi baxımdan isə Azərbaycanın müəyyən uduşları oldu. Mən bu məsələyə münasib bildirən dövlətlərin reaksiyasını nəzərdə tuturam. Türkiyə və Pakistan dövlətlırindən birmənalı şəkildə Azərbaycana dəstək ifadə olundu. Xüsusən Türkiyə dövlətinin bu məsələd açıq və sərt mövqeyi qeyd edilməyə bilməz. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Türkiyə Azərbaycanın yanında olub. Buna bütün müxtəlif səviyyədəki tədbirlərdə bəyanatların səsləndirilməsində şahid olmuşuq. Amma Türkiyənin bu dəfəki reaksiyası tam başqa oldu. Türkiyə həm prezident, həm xarici işlər naziri, həm müdafiə naziri səviyyəsində bütün hallarda Azərbaycanın yanında olacağını qeyd etdi. Türkiyə Azərbaycanın atacağı hər bir addımda ona dəstək verəcəyini bildirdi.

Hadisələrin gedişi vaxtı Azərbaycan müdafiə nazirinin müavini səviyyəsində Türkiyə ilə görüşlər keçirildi və bu məsələlər müzakirə olundu. Bildiyimiz kimi iyun ayın 29-dan iki ölkə arasında genişmiqyaslı hərbi təlimlər keçirilir. İlk dəfə olaraq Türkiyə Silahlı Qüvvələri bu təlimə daha geniş heyyətlə, daha geniş kontingentlə qatıldı. Həm də təlimlər daha geniş səviyyədə keçirildi. Xüsusi olaraq onu da qeyd edim ki, təlimlər müxtəlif qoşun növlərinin iştirakı ilə həyata keçirilir. Təlimlər Azərbaycan-Türkiyə əlaqələrinin daha da yaxınlaşmasına səbəb oldu.

Oktay Qasımov: “Bu hadisələr zamanı Azərbaycan xalqının həmrəyliyi çox önəmli sınaq qarşısında idi. Azərbaycan cəmiyyəti bu sınaqdan çox uğurla çıxdı”.

Tovuz hadisələri Ermənistan tərəfindən törədilən xüsusi təxribat olsa da, Ermənistana faydası olmadı. Ermənilərin özlərinin etiraf etdiyi kimi onlara xeyli miqdarda maddi zərər dəyib. Yəni ordumuz Ermənistana layiqli cavab verdi.

Əsas məsələ odur ki, bu hadisələr zamanı Azərbaycan xalqının həmrəyliyi çox önəmli sınaq qarşısında idi. Azərbaycan cəmiyyəti bu sınaqdan çox uğurla çıxdı. Bildiyimiz kimi hadisələr zamanı Bakı şəhərində və müxtəlif rayonlarda Azərbaycan ordusuna dəstək aksiyaları keçirildi. O cümlədən 10 minlərlə hərbi xidmət keçmək istəyən və döyüşlərə qatılmaq istəyən Azərbaycan vətəndaşları Hərbi Səfərbərlikdən qeydiyyatdan keçdilər. Bunun özü bütün dünyaya isbat etdi ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları özünün bir qarış torpağını kiməsə verməyəcək. Həmçinin Azərbaycan xalqı öz haqqı uğrunda sona qədər mübarizə aparmaq əzmindədir.

Qeyd edim ki, beynəlxalq hüquq da bu məsələdə Azərbaycanın tərəfində oldu. BMT-nin işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı 4 qətnaməsinin olduğu məlumdur. Bundan başqa dünyanın müxtəlif beynəlxalq qurumlarının, Avropa Birliyinin və ABŞ-ın Nümayəndələr Palatasının qərarlarında da Azərbaycanın işğala məruz qaldığı və torpaqlarının azad olmasının vacibliyi vurğulandı.

Bu baxımdan Ermənistan təxribat etməklə özünü siyasi baxımdan kifayət qədər mürəkkəb duruma saldı. Ermənistan beynəlxalq səviyyədə gözlədikləri dəstəyi qazana bilmədilər.

Oktay Qasımov: “Azərbaycan tərəfi bu dəfə mənasız danışıqlarda iştirak etməyəcəyini açıq şəkildə və ən yüksək səviyyədə bildirdi”.

Mən hesab edirəm ki, yaxın zamanlarda Qarabağda və ondan kənarda böyük müharibənin başlanması gözlənilmir. Çünki hal-hazırda bu məsələdə önəmli rol oynayan Rusiya atəşkəsin elan olunduğunu bildirdi. Həmçinin də Rusiya məsələnin sülh və danışıqlar yolu ilə həyata keçirilməsinə tərəfdarı olduğunu bildirdi.

Məncə Rusiya hazırda Azərbaycan-Ermənistan sərhədində ciddi toqquşmalara maraqlı deyil. Çünki bu münaqişənin sərhədlərinin böyüməsinə, digər dövlətlərin münaqişəyə müdaxilə etməsinə və nəticədə münaqişənin Rusiyanın nəzarətindən çıxmasına yol aça bilər. Rusiya xüsusilə KTMT-nin bu münaqişəyə cəlb olunmasına maraqlı deyil və bu mümkün də görünmür. Bu halda Azərbaycan beynəlxalq hərbi strukturun təcavüzünə məruz qalmış olar ki, bu da dünya təhlükəsizlik sistemində balansın pozulmasına, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin məcrasının tamamilə dəyişməsinə səbəb ola bilər. Ona görə də Paşinyan hökümətinin bu təxribatı əvvəlcədən uğursuzluğa məhkum idi.

Amma onu da qeyd edim ki, Azərbaycan tərəfi bu dəfə mənasız danışıqlarda iştirak etməyəcəyini açıq şəkildə və ən yüksək səviyyədə bildirdi. Azərbaycan Xarici İşlər Nazirliyində baş verən dəyişikliklər də məhz bu siyasətin davam etməsinə hesablanıb”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

PKK-nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

"Siyavuş Novruzov, artıq özü-özünü ifşa edib” - Maksim Musayev

Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi

Ev almaq istəyənlər: Qiymətlər daha da düşəcək

loading...

Ən çox oxunanalar