Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Avropa Birliyi arasında “tərəfdaşlıq sazişi” imzalanacaq?

Politoloq: “Azərbaycanla Avropa İttifaqı arasında imzalanan sənədin Dağlıq Qarabağ münaqişəsinə təsir edib etməməsinə gəlincə deyə bilərəm ki, bu sənəd birbaşa olaraq münaqişənin həllinə təsir etməyəcək”

AzərbaycanAvropa İttifaqı arasında bağlanacaq sənəd Azərbaycanın milli maraqları üçün çox vacib sənəddir və bu sənəd imzalanandan sonra artıq AzərbaycanAvropa İttifaqı arasında olan münasibətlər yeni mərhələyə qədəm qoyacaq”.

Bu sözləri Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bu gün başlanan Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammitini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş tədbir start götürdü. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider iştirakını təsdiqləyib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. “2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması” adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. 

Artıq Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin və “Şərq Tərəfdaşlığı ”Proqramının iştirakçısı olan altı ölkənin Xarici İşlər nazirlərinin görüşü başa çatıb. Görüş mətbuata qapalı şəraitdə keçirilib.

Həmçinin Brüsseldə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında qısa görüş olub.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr olunmuş ikigünlük tədbir sabah Aİ və “Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçılarının iştirak edəcəyi yüksək səviyyəli konfrans ilə davam edəcək.

Azərbaycan prezidentinin iştirak etdiyi “Şərq tərəfdaşlığı” sammitində Azərbaycanla Avropa Birliyi arasında “tərəfdaşlıq sazişi”nin imzalanmasını mümkün hesab etmək olar? Həmçinin Azərbaycanın “Şərq tərəfdaşlığı”na üzv olması Qarabağ probleminin həllinə necə təsir edə bilər? AzərbaycanErmənistanın bu sazişdə iştirakının Qarabağ üçün hansı müsbət, ya da mənfi tərəfləri var?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Azərbaycan tərəfinin əsas istəyi ikitərəfli əməkdaşlıq adlanan sənəddə hər iki tərəfin maraqlarının nəzərə alınmasıdır”.

AzərbaycanAvropa İttifaqı arasında bağlanacaq sənədin Azərbaycanın milli maraqları üçün çox vacib sənəd olduğunu vurğulayan Politoloqlar Klubunun rəhbəri PİA.az-a açıqlamasında bildirib ki, bu sənəd imzalanandan sonra artıq AzərbaycanAvropa İttifaqı arasında olan münasibətlər yeni mərhələyə qədəm qoyacaq:

Azərbaycanla Avropa İttifaqı arasında olan bu günkü münasibətlər 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq sazişinə əsaslanır. İndiki şəraitdə hər iki tərəf arasında olan münasibətlərdə artıq yeni sənədlər və yeni əməkdaşlıq mərhələsinə ehtiyac var. 2008-ci ildən sonra Avropa İttifaqının Şərq Tərəfdaşlıq konsepsiyasının əsas məqsədi RusiyaAvropa İttifaqı arasında olan dövlətlərin istər qanunvericilik, istər iqtisadi, istərsə də siyasi cəhətdən Avropa İttifaqına inteqrasiyasıdır.

Artıq müəyyən müddətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında sənədlə bağlı razılaşmalar gedir, görüşlər keçirilir. Azərbaycan tərəfinin əsas istəyi ikitərəfli əməkdaşlıq adlanan sənəddə hər iki tərəfin maraqlarının nəzərə alınmasıdır. Azərbaycan üçün çox prinsipial məsələlər var ki, həmin məsələlərin Azərbaycanın istədiyi kimi sənəddə öz əksini tapması əsas məqamdır.

Bildiyimiz kimi Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlıq sənədi imzalanmışdı. Faktiki olaraq bu sənəd Ermənistana heç bir üstünlük vermir. Çünki ErmənistanAvropa İttifaqı arasında olan münasibətlərdə Ermənistan iqtisadi cəhətdən Avropa İttifaqına inteqrasiya ola bilməz. Ermənistanla Avropa İttifaqını heç bir iqtisadi əlaqələr bağlamır. Siyasi məqamda isə Ermənistan Avropa İttifaqından asılı ölkədir.

Zaur Məmmədov: “Azərbaycan üçün çox prinsipial məsələlər var ki, həmin məsələlərin Azərbaycanın istədiyi kimi sənəddə öz əksini tapması əsas məqamdır”.

Buna görə də AzərbaycanAvropa İttifaqı arasında bağlanacaq sənəd Azərbaycanın milli maraqları üçün çox vacib sənəddir və bu sənəd imzalanandan sonra artıq AzərbaycanAvropa İttifaqı arasında olan münasibətlər yeni mərhələyə qədəm qoyacaq. Bildiyimiz kimi Azərbaycan Avropa İttifaqının əsas enerji partnyorudur. Azərbaycanın neft və qaz ixracının böyük hissəsi Avropdan gedir. Yaxın vaxtlarda da TAP-ın eksplataya verilməsi gözlənilir. Bu sənəd imzalanandan sonra biz Azərbaycan məhsullarını Avropa İttifaqı bazarlarında görəcəyik. Bu da təbii ki, Azərbaycan biznesi, Azərbaycanın daxili bazarı üçün çox vacib məqamlardan biridir.

Əsas məsələ isə Dağlıq Qarabağla bağlıdır ki, müxtəlif kütləvi informasiya vasitələrində, ekspertlər tərəfindən imzalanacaq sənəddə Azərbaycanın ərazi bütövlüyünün yer alıb almayacağı haqqında mülahizələr gedir. Təbii ki, Azərbaycanın əsas istəyi ərazi bütövlüyü məsələsinin həmin sənəddə yer almasıdır.

Zaur Məmmədov: “Ermənistanla Avropa İttifaqını heç bir iqtisadi əlaqələr bağlamır. Siyasi məqamda isə Ermənistan Avropa İttifaqından asılı ölkədir”.

Paşinyan Rusiyaya səfəri zamanı Avropa İttifaqına təzyiq etmişdi və 2016-cı il aprel hadisələrində Avropa İttifaqını günahlandırmışdı. Paşinyan bildirmişdi ki, əgər Avropa İttifaqı 2016-cı ilin aprel hadisələrindən əvvəl Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsəydi Azərbaycan aprel döyüşlərin başlamazdı. Hərçənd hamıya məlumdur ki, istər aprel döyüşü, istərsə də ümumiyyətlə bütün bu illər ərzində cəbhədə baş verən insidentlərin əsas səbəbkarı Ermənistanın özüdür.

Azərbaycanla Avropa İttifaqı arasında imzalanan sənədin Dağlıq Qarabağ münaqişəsinə təsir edib etməməsinə gəlincə deyə bilərəm ki, bu sənəd birbaşa olaraq münaqişənin həllinə təsir etməyəcək. Çünki münaqişənin həlli digər regional güclərdən və münaqişə tərəflərindən asılıdır. Bu sənəd daha çox Cənubi Qafqazın əsas ölkəsi və Avropa İttifaqı arasında olan münasibətlərin iqtisadi və siyasi inteqrasiyası deməkdir ”.

Nərminə UMUDLU
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar