Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın XİN başçısı beynəlxalq ictimaiyyətdən dəstək istəyib

"Azərbaycan qlobal COVID-19 cavab səylərində fəal iştirakını davam etdirir".

PİA.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında çıxışı zamanı deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatı adından irəli sürdüyü və geniş beynəlxalq səviyyədə tanınma və dəstək qazanmış qlobal təşəbbüsləri, o cümlədən COVID-19-a cavab olaraq QH Əlaqə Qrupunun zirvə toplantısının təşkili, QH üzv dövlətlərin pandemiya ilə mübarizədə əsas humanitar və tibbi ehtiyaclarına dair vahid məlumat bazasının yaradılması, BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının çağırılması, BMT İnsan Hüquqları Şurasının COVID-19 peyvəndlərinə ədalətli, əlverişli, vaxtında və universal şəkildə çıxışı haqqında qətnaməsinin və BMT Baş Assambleyasının Üçüncü Komitəsində COVID-19 peyvəndlərinin ədalətsiz paylanması ilə bağlı qətnamənin qəbul edildiyini vurğulamaq istərdik. Pandemiyadan sonrakı qlobal bərpa ilə bağlı Azərbaycanın gələcək təşəbbüslərinə beynəlxalq ictimaiyyətin razılaşdırılmış dəstəyinə inanırıq", - XİN başçısı bildirib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar