Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın və dünyanın pande-paradoksları…

Bizim bəzi sənət və mədəniyyət adamlarımızın və hətta jurnalistlərimizin deməsinə baxmayaraq ki, guya onların əcnəbi həmkarları və dostları bizim ölkəmizdəki karantin qaydalarına, hökumətin öz vətəndaşlarının qayğısına necə qalmasına həsəd aparır, Azərbaycan prezidenti İlham Əliyev hökumətin son onlayn-iclaslarından birində vəziyyəti – bu ağır pandemiya aylarını çox gözəl şəkildə xarakterizə etdi: “Koronavirus bizim hamımızı yorub”.

Həqiqətən də prezidentlə razılaşmamaq mümkün deyil, ən azı ona görə ki, ölkədəki vəziyyəti o, hamıdan yaxşı və dəqiq bilir, üstəgəl, bəllidir ki, karantin qaydaları məcburiyyət üzündən tətbiq olunur, çünki hələ ki hökumətlərin və dövlətlərin sərəncamında pandemiyaya qarşı mübarizə aparmaq üçün artıq hamını boğaza yığmış, bezdirmiş sosial izolyasiya tədbirlərindən - prosedurlarından savayı başqa vasitə yoxdur.

Belədə isə, bütün dünyada - başqa ölkələrdə olduğu kimi, elə Azərbaycanda da iqtisadiyyat, demək olar ki, iflic vəziyyətindədir, zavodlar, fabriklər və müxtəlif dgər müəssisələr işləmir və yaxud da bu günə qədər işləmirdilər. Məktəblər öz şagirdlərini və müəllimlərini, universitetlər isə öz tələbələrini və professorlarını gözləyir. Neçə aydır ki, təkcə gur və çoxadamlı toylar deyil, hətta yas mərasimləri qadağan olunub, müvəqqəti olaraq idman yarışları yasaqlanıb, teatrlar, konsert zalları və digər əyləncə mərkəzləri fəaliyyət göstərmirlər.

Bəli, situasiya ümumi şəkildə belədir. Belə bir vəziyyətdə “kiminsə bizə həsəd aparması” haqda söhbətlər ən yaxşı halda gülüş doğura bilər.

Bir daha qeyd edək ki, vəziyyət gərgindir, insanlar psixoloji yük altındadırlar və özlərinə yalnız onunla təskinlik verirlər ki, analoji vəziyyət başqa ölkələrdə də hökm sürür, hətta bir çox ölkələrlə müqayisə aparsaq, bizim itkilərimiz, pandemiyanın miqyasları olduqca kiçikdir.

Odur ki, insanlarımız növbəti mülayimləşmə tədbirlərini, xüsusən də SMS-icazə sisteminin götürülməsini çox böyük məmnunluqla qarşıladılar.

Amma qorxu və təlaş hələ də qalır, çünki nəinki həkimlər, hətta məmurlar deyirlər ki, yoluxmaların sayı yenə arta bilər və bu halda qaydalar yenidən sərtləşdirilə bilər və elə bu səbəbdən də insanlarımız gündəlik statistikanı ciddi şəkildə izləyirlər – necə ki, bir vaxtlar hava proqnozlarını izləyirdilər...

İnsanların diqqətini daha çox nə cəlb edir? Mülayimləşmədən sonra yoluxanların sayı yenidən artmağa başladı – düzdür, artım elə də böyük deyil, amma tendensiya dayanıqlıdır və yoluxanların sayı bəzən hətta təkrar olaraq üç rəqəmli ədədlə ölçülür. Bu fonda sağalanların sayı azalmağa başlayıb ki, bunları qeyri-ərzaq mağazalarının və ən əsası da çimərliklərin açılması ilə izah edirlər.

Amma həmin mütəxəssislər bir vaxt deyirdi və indi də bunu təkrar edirlər ki, koronavirus yoluxması, bir qayda olaraq, ən azı bir həftədən, daha çox isə iki həftədən sonra təzahür edir. Çimərliklər isə cəmi bir neçə gündür ki, açılıb. Odur ki, onların açılması həqiqətən də yoluxanların qismən artmasına səbəb olubsa, bu, özünü yalnız bir neçə həftədən sonra biruzə verə bilər.

Sağalanların azalmasına gəldikdə isə, onlar belə kəskin azalmalı deyildilər, çünki xeyli vaxt keçib və bu vaxt ərzində sağalanların sayı yüksək həddə qalmalı idi...

Bu çox ağır pandemiya günlərində insanlara həm də ümid və bir daha ümid lazımdır. Başa düşürük, karantin qaydalarının tətbiqi insanların həqiqəti tam bilməsini tələb edir ki, bu qaydalara məsuliyyətlə yanaşsınlar. Gəl, daimi psixoloji pressinq, virus haqqında qorxuducu informasiyalar – bunlar insanlarda əlavə gərginlik yaradır və əlavə qıcıq – nevroz mənbəyi kimi çıxış edir.

Etiraf edək ki, bu günlərdə Rusiyada ilk vaksinasiya işlərinə başlanması haqqında xəbərlər də müəyyən ruh yüksəkliyi yaratdı. Amma sadə adamlardan fərqli olaraq, digər dövlətlərin təmsilçilərinin bu xəbərə münasibətində bir qısqanclıq sezildi, sanki burada da bir yarış gedir ki, kim daha tez vaksin əldə edəcək...

Biz başa düşürük, əczaçılıq sənayesi dünya iqtisadiyyatının çox önəmli seqmentidir, burada milyardlarla gəlirlərdən söhbıət gedir. Amma indi elə vaxtdır ki, gəlirdən və sərvətdən başqa da nəsə haqqında fikirləşmək lazımdır. Gəlin unutmayaq ki, dünyada virusa yoluxanların sayı artıq 22 milyon nəfəri keçib...(musavat.com) 

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar