Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Türkiyə qaz bazarında payı 26%-ə yüksəlib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyəyə 7,521 mlrd kubmetr qaz ixrac edib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% çoxdur.

PİA.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə Təşkilatının (EPDK) hesabatında bildirilib.

Məlumata görə, eyni dövrdə Azərbaycanın Türkiyə qaz bazarında payı isə 20,3%-dən 26%-ə yüksəlib.

Hesabat dövründə Türkiyə ümumilikdə idxal etdiyi qazın miqdarı illik müqayisədə 2,5% azalaraq 28,952 mlrd kubmetrə enib.

Bu ilin 8 ayında Türkiyə Rusiyadan 6,856 mlrd kubmetr (illik müqayisədə 35,4% az), İrandan isə 3,098 mlrd kubmetr (31,4% az) qaz idxal edib. Bu ölkələrin bazar payı isə müvafiq olaraq 23,7% və 10,7% təşkil edib.

Qeyd edək ki, bu ilin avqust ayında Türkiyə Azərbaycandan 986 mln kubmetr həcmində təbii qaz idxal edib. Bu göstərici ötən ilin avqust ayından 34,2% çoxdur. Türkiyənin ümumi qaz idxalında Azərbaycan avqust ayında lider mövqeyini Rusiyaya verərək, 2-ci yerdə qərarlaşıb, bazardakı payı isə 29,4% təşkil edib. İlk yerdə 1,37 milyard kubmetrlə Rusiya (illik müqayisədə 5,5% az), 3-cü sırada isə 406 milyon kubmetrlə İran (2,5 dəfə çox) qərarlaşıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar