Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi pandemiyadan əvvəlki səviyyəni 4% üstələyib

Ötən il Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,661 mlrd. ABŞ dollar təşkil edib ki, bu da illik müqayisədə 12% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki səviyyəni üstələyib.

Belə ki, 2019-cu ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4,509 mlrd. dollar təşkil etdiyi halda, 2020-ci ildə pandemiya fonunda 7,7% azalaraq 4,161 mlrd. manata enmişdi. Nəticədə, 2021-ci ilin göstəricisi pandemiyadan əvvəlki həcmi 3,4% üstələyib.

2021-ci ilin əməliyyatlarına gəldikdə, Azərbaycandan Türkiyəyə ixracın həcmi 2,818 mlrd. dollar təşkil edib ki, bu da illik ifadədə 8,5% çoxdur. İdxalın həcmi isə 1,844 mlrd. dollara bərabər olub ki, bu da 2020-ci il ilə müqayisədə 18% çoxdur.

Nəticədə, 2021-ci ildə 974,427 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,8% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar