Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında piket keçirilib

21 iyun tarixində Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının qarşısında Rusiya Federasiyasının iki nəfər azərbaycanlı vətəndaşı Rövşən Əliyev və Tural Mehdiyev piket keçiriblər...

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə , piketin keçirilməsində məqsəd Rusiya-Azərbaycan sərhədində baş vermiş məlum insidentlə bağlı öz mövqelərini bildirmək olub . Piket iştirakçıları Səfirliyin binasına dəvət olunmuş və Səfirliyin müşaviri Cavid Nəbiyev onlarla görüşüb .

Söhbət əsnasında məlum olub ki,, adları qeyd edilən şəxslərin yaşanmış hadisə, ümumiyyətlə sərhəddə toplaşan insanların Azərbaycana qaytarılması prosesi, həmçinin Səfirlik, Azərbaycan Respublikasının Xarici və Daxili işlər nazirlikləri tərəfindən bu istiqamətdə görülmüş işlər haqqında yetərincə məlumatları yoxdur.

Səfirliyin nümayəndəsi bildirib ki , baş vermiş xoşagəlməz olayla bağlı Azərbaycan tərəfi təəssüfünü ifadə etmiş və bu məsələni diqqət mərkəzində saxlayır. Hal-hazırda Azərbaycanın səlahiyyətli nümayəndələri Dağıstandadırlar və yerli hakimiyyətlə bir yerdə orda toplaşan vətəndaşların tez bir zamanda ölkəyə qaytarılması üçün zəruri addımlar atmaqdadırlar. Bildirilib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyin sözçüsü Leyla xanım Abdullayevanın və Səfir Polad Bülbüloğlunun Rusiyadakı Azərbaycan vətəndaşlarına bütün mümkün olan vasitələrlə, o cümlədən RusiyaAzərbaycan televiziya kanalları, saytları, diaspor təşkilatlarının vasitəsi ilə çoxsaylı müraciətləri olub Müraciətlərdə Rusiya-Azərbaycan sərhədinə getməməyə, orada toplaşmamağa dair çağırışlar edilib. Buna baxmayaraq vətəndaşlarımızın bir qismi edilən çağırışlara məhəl qoymamış və sərhədə getmişlər. Bununla da yerli və Azərbaycan hökuməti və ilk növbədə özləri üçün əlavə problemlər yaratmışlar. Onlar indi də ora getməkdə davam edirlər. Problemin bir tərəfi də ondan ibarətdir ki, hər həftə 100-130 nəfər buraxılır, onların yerinə isə sərhədə yeniləri gəlirlər. Bununla da problem daha da ciddiləşir və ağırlaşır. Hamıya bir daha bildirmək istəyirik ki, qəbul edilmiş qərara əsasən Azərbaycan sərhədləri 01 avqust tarixinədək bağlı qalacaqdır.

 

Səfirlik və bütün əməkdaşları öz səlahiyyətləri çərçivəsində nə mümkündürsə edirlər. Səfir Polad Bülbüloğlu Rusiyanın Xarici işlər nazirliyinin müvafiq departamenti, Dağıstan Respublikasının rəhbərləri, Məhərrəmkənd və Dərbənd rayonlarının icra başçiları, yerli diaspor fəalları ilə daim təmasdadır.

 

Təəssüflə qeyd edilib ki, son günlər Azərbaycanda pandemiya ilə bağlı vəziyyət gərgin olaraq qalır, hər gün yoluxanların sayı artır və vəziyyət daha da gərginləşir. Piketçilərin diqqətinə çatdırılmışdır ki, bütün dünyada tətbiq edilən praktikaya uyğun olaraq Azərbaycanda da karantin yerlərinin, xəstəliyə yoluxmuş insanlar üçün çarpayıların sayı imkan verdikcə ölkəmiz vətəndaşlarımızı tədricən qəbul edir. Karantin yerləri boşalmalıdır ki, qayıdan vətəndaşlarımız həmin yerlərə yerləşdirilsinlər. Azərbaycana isə tək Rusiyadan deyil, dünyanın bir çox ölkələrindən qayıtmaq istəyən azərbaycanlılar var. Sadalanan bütün bu məqamların nəzərə alınmasının vacibliyi önə çəkilib .

 

Vurğulanıb ki, bu gün Dağıstanda yeni növ koronavirusla bağlı vəziyyətin ağır olmasına baxmayaraq, Dağıstan rəsmiləri və əhalisi orada toplaşan vətəndaşlarımıza öz köməkliyini əsirgəmirlər. İki aydan artıqdır ki, onlara yardım edirlər. Bununla belə dövlət rəsmilərinə, yerli polislərə daş atmaq, onlara məxsus nəqliyyat vasitələrinə ziyan vurmaq ən azı naşükürlükdür və bütün edilən yaxşılıqları dəyərsizləşdirir. Təbii ki, dövlət qurumu olaraq biz inanmırıq ki, Azərbaycan vətəndaşları onlara yardım əli uzadanlara daş atsın. Əminik ki, bu insident sərhəddə olan vətəndaşlarımızı qeyri-qanuni addım atmağa sövq etmək üçün məqsədyönlü şəkildə təşkil olunmuş təxribatdır.

Piket iştirakçıları Səfirlik tərəfindən qəbul edildiklərinə və onlara ətraflı məlumat verildiyinə görə təşəkkürlərini bildirmiş və sərhəddə toplaşmış Azərbaycan vətəndaşlarının çox tez bir zamanda vətənə qaytarılacaqlarına ümid etdiklərini söyləyiblər.

pia.az


Etiket: piket


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar