Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın pandemiya dövründə atdığı addımlar dünyada yüksək qiymətləndirilir”

Məlum olduğu kimi, mayın 22-də "Signify" şirkəti rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan prezidenti ilə videogörüş keçirilib...

Bu görüş çərçivəsində müzakirə olunan məsələlər bir daha onu göstərdi ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, ən müasir texnologiyaların tətbiqi ölkəmizdə geniş vüsət alıb. Beynəlxalq aləmdə, nəhəng transmilli şirkətlərdə Azərbaycanı tərəqqi edən, dinamik inkişaf tempinə malik olan dövlət kimi qəbul edirlər.

Bunu deputat Elman Nəsirov deyib: "Bu görüş çərçivəsində məlum oldu ki, "Signify" şirkətinin rəhbərliyi ilə Azərbaycan prezidenti arasında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində danışıqlar olub. Bu danışıqlar əsasında ikitərəfli əməkdaşlığın qurulması və inkişafı ilə bağlı ilkin razılıqlar əldə edilib. 1891-ci ildə yaradılan "Signify" şirkəti dünyanın 74 ölkəsində fəaliyyət göstərir. Bu şirkət işıqlandırma sistemləri və ona xidmət sahəsində dünyada birinci mövqedə dayanır. Artıq Azərbaycan ilə bu şirkət arasında əməkdaşlığın əsasları formalaşıb və inkişaf tempinə malikdir.

Eyni zamanda Azərbaycan prezidenti vurğulayıb ki, yanvar ayında Davosda əldə edilən razılaşmaya əsasən, mart ayında şirkətin nümayəndələri Bakıda olublar. Artıq ilkin layihə çərçivəsində addımlar atılmağa başlayıb. Bu addımlardan ilk növbədə "Ağıllı şəhər" layihəsi Bakı şəhərinin işıqlandırılmasını özündə ehtiva edir. Bu təkcə işıqlandırma deyil, eyni zamanda yol hərəkətinin təhlükəsizliyi baxımından da olduqca vacib bir addımdır. Birinci mərhələdə işlərin artıq sentyabr ayında yekunlaması gözlənilir. Artıq iyun ayından başlayaraq, ölkəmizdə ilkin məhsulların idxalı da planlaşdırılır. Həmçinin Azərbaycan prezidenti ilə "Signify" şirkətinin rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində bu razılaşma da əldə olunub ki, birinci mərhəldə işlər sentyabrda başa çatdıqdan sonra artıq növbəti mərhələdə təkcə Bakı şəhərində deyil, Sumqayıtdan başlayaraq ölkəmizin digər iri şəhərlərində məhz bu şirkətə məxsus işıqlandırma sistemlərinin tətbiqi məsələləri reallaşdırıla bilər".

Millət vəkili bildirib ki, hər iki tərəf çox prinsipial və qətiyyətli mövqeyə malikdir, bu əməkdaşlığı daha da genişləndirmək niyyətindədir: "Təkcə ÜST, Avropa Yenidənqurma və İnkişaf Bankı, Türkdilli Ölkələrin Zirvə Görüşü iştirakçısı olan dövlət rəhbərləri, "Qoşulmama hərakatı"na daxil olan dövlət rəhbərləri deyil, eyni zamanda "Signify" şirkətinin rəhbərliyi səviyyəsində də vurğulandı ki, Azərbaycanın pandemiya əleyhinə mübarizəsi çox nümunəvi mübarizədir. Azərbaycan əhalinin sağlamlığının qorunması, sosial müdafiəsi və paralel şəkildə iqtisadi artımın təmin edilməsi istiqamətində bir model formalaşdırıb və çox nümunəvi fəaliyyət göstərir. Bu da dünyada diqqətlə izlənilib qiymətləndirilməkdədir. "Signify" şirkətinin rəhbərliyi səviyyəsində də bütün bunların qiymətləndirilməsi onu göstərir ki, bu gün Azərbaycan cənab prezidentin dediyi kimi, dünya miqyasında elə də böyük dövlət olmasa da, sözünün mənası və çəkisi böyükdür. Azərbaycanın indiki xüsusi şəraitdə pandemiya dövründə atdığı addımlar dünyada yüksək qiymətləndirilir. Azərbaycan bu şəraitin özündə də yüksək texnologiyaların inkişafı və tətbiqinə xüsusi diqqət ayırır. Bu da ölkəmizin strateji xətti və hədəflərindən irəli gələn məsələdir".(Teleqraf)

pia.az


Etiket: Elman Nəsirov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar