Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın pambıq sənayesi inhisarçıların nəzarətindədir

“Azərbaycanda bütün pambıq tədarükü məntəqələri və istehsalı zavodları birbaşa iri məmurların himayəsi altında olan holdinqlərə məxsusdur. Bu sahədə məmurlara bağlılığı olmayan müstəqil biznes qurumu yoxdur”

Bu fikri “Azərbaycan pambıqçılığı” səhifəsi paylaşıb. Bildirilib ki, pambıq sənayesi faktiki olaraq çoxlu qəbul məntəqələri və pambıq zavodları olan 3 böyük biznes qurumunun əlində cəmlənib:

1. "MKT İstehsalat Kommersiya” MMC Azərbaycanda ən böyük pambıq tədarükü və istehsalı şirkətidir. Azərbaycanın 20 rayonunda 13 pambıq qəbulu və emalı zavodu, 11 pambıq qəbulu məntəqəsi, 5 innovasiya təsərrüfatı fəaliyyət göstərir.

2. “CTS AGRO” MMC -nin tabeliyində 6 pambıq emalı zavodu, 10-dan çox pambıq tədarükü məntəqəsi var.

3. “Azərpambıq ASK” MMC isə yeni yaradılıb. 25 may 2018-ci il tarixdə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən təsis olunub, pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur.

Bu üç böyük şirkət pambığı digər fermer və ailə-kəndli təsərrüfatlarından qəbul etməklə yanaşı qabaqcadan fermerlərlə, ailə-kəndli təsərrüfatları ilə bağladıqları müqavilələr əsasında pambıq əkini ilə məşğul olurlar.

"MKT İstehsalat Kommersiya” MMC hər il 80 min hektara yaxın sahədə, “CTS AGRO” MMC isə 20 min hekatara yaxın pambıq əkir. “Azərpambıq ASK” MMC 2019-cu ildə 15 pambıqçılıq rayonunda (Bərdə, Ağcabədi, Beyləqan və s.) 29 001 hektarda pambıq əkib.

Adıçəkilən şirkətlər yerlərdə olan kiçik pambıq istehsalı zavodlarını alıb pambıq sənayesini öz əllərində cəmləşdirməyə çalışırlar. Məsələn, 2019-cu ilin martında "MKT İstehsalat Kommersiya” MMC "Leqno-İmişli" MMC, "Leqno-Neftçala" MMC (pambıq zavodları) və "İnnovasiya Fermer Təsərrüfatı" MMC-ni (pambıq yetişdirmə şirkəti) alıb.

3 əsas şirkətdən əlavə “Aqro-Az MMC”, “P-Agro” MMC və Kənd Təsərrüfatı Nazirliyinin yerli idarələrinin təsis etdiyi MMC-lər də (Məsələn, “Yevlax kənd təsrrüfatı” MMC, “Salyan kənd təsrrüfatı” MMC və s.) pambıq tədarükü ilə məşğul olurlar.(Reyting.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar