Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ötənilki icmal büdcəsinin qalığı 7 milyard manatı ötüb

2019-cu ildə Azərbaycanın icmal büdcəsinin mədaxili 29,235 milyard manat proqnoza qarşı 33,818 milyard manat, məxarici isə 27,371 milyard manat proqnoza qarşı 26,476 milyard manat təşkil edib...

PİA.az "Report"-a istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.

"Beləliklə, icmal büdcəsinin gəlirləri 115,7%, xərcləri isə 97% icra olunub. Son nəticədə büdcənin qalığı 7,343 milyard manat təşkil edib ki, bu da 1,864 milyard manatlıq proqnozdan təxminən 4 dəfə çoxdur.

Kəskin artım əsasən, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin hesabına təmin olunub və özündə iki istiqaməti ehtiva edir. Belə ki, neftin büdcə qiyməti 60 ABŞ dolları olduğu halda, faktiki qiymət orta hesabla 64-65 dollar təşkil edib.

Bundan başqa, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin məbləği 1,4 milyard manat proqnozlaşdırılsa da, faktiki göstərici 3,5 milyard manat olub. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın maliyyə mövqeyinin daha da möhkəmlənməsi ilə bağlı ardıcıl aparılan siyasətin müsbət nəticələridir", - deyə nazir qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar