Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ordusu zəfər yürüşünü davam etdirir

Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində yeni-yeni qələbələr qazanır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz hər gün irəliləyir, yeni uğurlar əldə edir. Ordumuzun gücü qarşısında düşmənin hərbi birləşmələri döyüş mövqelərindən qaçır.

Əks-hücum əməliyyatlarının ilk günündən ordumuz, qəhrəman əsgərlərimiz düşmən üzərində qələbələr əldə ediblər. Şanlı Ordumuz tərəfindən bu günə kimi Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri, Hadrud qəsəbəsi və 95 kənd düşmən işğalından azad edilmişdir. Bu çox böyük uğurdur.

Döyüş əməliyyatlarının aparıldığı günlərdə düşmənin 241 tankı, 50 piyadaların döyüş maşını, 17 özüyeriyən artilleriya qurğusu, 198 top, 58 minaatan, 70 “Qrad” qurğusu, 2 “Uraqan”, 2 “YARS”, 1 TOS, 4 “S-300” zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 3 TOR zenit-raket kompleksi, 5 KUB və KRUQ zenit-raket kompleksi, 6 pilotsuz uçuş aparatı, 2 “Elbrus” əməliyyat-taktiki raket kompleksi, 1 ballistik raket, 1 “Toçka-U” raketi, 8 radioelektron mübarizə vasitəsi, 198 yük avtomobili, 53 tank əleyhinə vasitə məhv edilib. Eyni zamanda 39 tank, 24 piyadaların döyüş maşını, 12 minaatan, 25 qumbaraatan və 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına son müraciətində yeni qələbə müjdəsi verdi. Ölkə başçısı həm də xarici kütləvi informasiya vasitələrinə müsahibələrində öz prinsipial mövqeyini dəfələrlə bəyan edib: “Bu mövqe ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Bundan sonra məsələ siyasi müstəvidə həll oluna bilər. Amma biz hələ ki, erməni tərəfindən hər hansı konstruktiv mövqe görmürük. Əksinə, Ermənistanın baş naziri indiyədək mövcud olan münaqişənin həlli ilə bağlı baza prinsiplərini inkar edir”.

Ermənistan tərəfi oktyabrın 10-da və 18-də Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəslə bağlı razılaşmanı pozdular, döyüş mövqelərimizi və yaşayış məntəqələrini intensiv atəşə tutdular. Bütün bunlar o deməkdir ki, işğalçı Ermənistan bu razılaşmalardan sui-istifadə edib itirdiyi mövqeləri geri qaytarmağa çalışır. Dəfələrlə belə hallarla rastlaşmışıq. Paşinyan hakimiyyəti indi də atəşkəs razılaşmasından öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərir.

Döyüş meydanında uduzan təcavüzkar Ermənistan isə mülki insanları hədəfə alır, Gəncə, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, FüzuliBeyləqan kimi şəhər və rayonları atəşə tutulur.

Xüsusilə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə olan raket hücumu miqyası baxımından dəhşətlidir. Bu şəhərə atılan ballistik raketlər qadağan olunmuş silahdır və ermənilərin bu addımı hərbi cinayətdir. Gəncəyə edilmiş xain hücum nəticəsində 25 mülki şəxs həlak olub, 55 nəfər yaralanıb. Ölənlər arasında uşaqlar və qadınlar da var.

Respublika Prokurorluğunun son rəsmi məlumatına əsasən, düşmənin xain hücumları nəticəsində ümumilikdə 63 mülki şəxs həlak olub, 300 nəfərə yaxın yaralanıb. 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb.

İşğalçı Ermənistanın bu hücumları beynəlxalq hüquq normalarına və humanitar prinsiplərə, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarına ziddir. Azərbaycanın müvafiq dövlət qurumları, eləcə də cəmiyyətimizin bütün təbəqələri bu həqiqətləri dünya ictimaiyyətinə çatdırır.

Azərbaycan xalqının haqq iradəsi dönməzdir. İndiki şəraitdə ölkəmizdə güclü milli həmrəylik və vətəndaş birliyi mövcuddur. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir. Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz.

İsrafil Kərimov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar