Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın məşhur şirkəti məhkəməyə verildi

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC MMC-dən ümumilikdə 2154 manat sığorta ödənişi məbləğinin tutulmasını istəyib

İddiaçı tələbini onunla əsaslandırıb ki, 26.08.2015-ci il tarixində Bakı şəhəri Tbilisi prospektində, “Xaliq Faiqoğlu” MMC-nin mülkiyyətində olan “Daewoo BS 090” markalı, 10-TG-344 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Asəf Tağıyev yol-nəqliyyat hadisəsi törədib. Nəticədə “Bakı Sığorta” ASC-də sığortalanmış “Honda Accord” markalı, 50-CH-233 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyib.

Hüquq-mühafizə orqanları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, A.Tağıyev yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs kimi müəyyən edilib.

Bu hadisə ilə bağlı “Bakı Sığorta” ASC tərəfindən “Honda Accord” markalı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 2117 manat sığorta ödənişi həyata keçirilib.

Sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı ödədiyi 2117 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olub.

Məhkəmə iddianı qismən təmin edib.

Qərarda göstərilib ki, “Xaliq Faiqoğlu” MMC-dən sığorta ödənişinin əvəzi kimi ümumilikdə 1058 manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı “Bakı Sığorta” ASC-yə ödənilsin. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - Video

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

Ən çox oxunanalar