Şənbə, 22 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Azərbaycanın Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləməsinin səbəbləri... - Ekspert açıqladı

Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəlilədi...

İqtisadçı-ekspert: “Azərbaycanın hələ də bu indeksdə yeri qənaətbəxş deyil. Yəni daha yaxşı nəticələr əldə etmək üçün çox işləmək lazımdır”.

“Mediada çıxan istənilən korrupsiya faktı ilə bağlı dövlət orqanlarının həmən reaksiya verə biləcəyi bir sistemin qurulmasına ehtiyac var”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanın Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləməsi səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdim edib.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.

İndeksə görə 2019-cu il üzrə Azərbaycan KQİ-də 30 balla 180 ölkə arasında 126-cı sırada yer alıb. 2018-ci ildə isə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.

Azərbaycanın Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləməsi hansı səbəblərdəndir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Korrupsiya ilə bağlı tək dövlət orqanlarının apardığı işlərlərlə nəyəsə nail olmaq çətin məsələdir”.

Məhkəmə sistemində atılan addımları yetərli hesab etməyən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, məhkəmə sistemində də ciddi və köklü islahatlar aparmaq lazımdır ki, bu cür indekslərdə Azərbaycan daha yüksək, daha yaxşı yerlərdə qərar tuta bilsin:

“Əslində Azərbaycanın hələ də bu indeksdə yeri qənaətbəxş deyil. Yəni daha yaxşı nəticələr əldə etmək üçün çox işləmək lazımdır. Ən azından keçən il Azərbaycanda korrupsiya ilə mübarizədə müxtəlif addımlar atıldı. Gömrük və vergi orqanlarında, icra hakimiyyəti strukturlarında, idarəetmədə müəyyən dəyişikliklərinin olması, bütün bunların fonunda da korrupsiyaya qarşı mübarizədə müəyyən adımların atılması nəticənin bir az yaxşılaşmasına səbəb olub.

Amma hələ də bu indiqatorda yer tutan medianın gücü, sivil toplumun, vətəndaş nəzarətinin gücü ilə bağlı Azərbaycanın gedəcəyi yer çoxdur. Yəni Azərbaycanda həm vətəndaş cəmiyyəti güclənməlidir, həm də medianın bu məsələdə iştirakı və rolu getdikcə daha çox artmalıdır.

Natiq Cəfərli: “Azərbaycanda həm vətəndaş cəmiyyəti güclənməlidir, həm də medianın bu məsələdə iştirakı və rolu getdikcə daha çox artmalıdır”.

Mediada çıxan istənilən korrupsiya faktı ilə bağlı dövlət orqanlarının həmən reaksiya verə biləcəyi bir sistemin qurulmasına ehtiyac var. Çünki korrupsiya ilə bağlı tək dövlət orqanlarının apardığı işlərlər nəyəsə nail olmaq çətin məsələdir.

Onu da qeyd edim ki, ölkədə məhkəmə sistemləri ilə bağlı da müəyyən addımlar atılır. Amma bu sahədə də atılan addımlar yetərli deyil. Məhkəmə sistemində də ciddi və köklü islahatlar aparmaq lazımdır ki, bu cür indekslərdə Azərbaycan daha yüksək, daha yaxşı yerlərdə qərar tuta bilsin”.

Nərminə UMUDLU
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar