Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın gömrük gəlirləri niyə azalıb?

2020-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3,83 milyard manat gömrük ödənişlərinin daxil edilməsi proqnozlaşdırıldığı halda faktiki icra bundan 2,83 faiz çox, yəni 3,938 milyard manat olub. Faktiki icra çox olsa da gömrük daxilolmaları idxaldakı azalmaya adekvat olmayıb. 

PİA.az xatırladır ki, 2019-cu ildə idxalın həcmi 13,667 milyard dollar təşkil edib.

Burada idxalın 2,14 milyard dollarını xalis qızıl idxalı təşkil etdiyindən həmin hissə gömrük rüsum və vergilərdən azaddır. Deməli, qızıl idxalını nəzərə almasaq aydın olur ki, 2019-cu ildə gömrük ödənişlərinə cəlb edilən idxal 11,5 milyard dollar olub. Bu göstərici ötən il qeydə alınan 10,7 milyard dollarlıq idxaldan 800 milyon dollar və ya 6,95 faiz çoxdur. Başqa sözlə ötən il idxalın 7 faizə yaxın azalmasının şahidi oluruq.

İdxaldakı azalmayla müqayisədə faktiki gömrük daxilolmaları daha çox azalıb. 2019-cu ildə gömrüyün xətti ilə 4,4 milyard manat mədaxil olduğu halda, 2020-ci ildə mədaxil bundan 460 milyon manat və ya 10,5 faiz az olub. İdxalın 7 faiz azalması fonunda gömrük gəlirlərinin 10,5 faiz azalması suallar doğurur.

Bu o şəraitdə baş verir ki, idxal edilən mallarda bahalaşma daha da artıb. İdxal malları 22 faiz bahalaşıb. İdxal mallarında bahalaşma yüksək olduqda gömrük daxilolmaları da artmalıdır. Amma daxilolmada ciddi fərq yoxdur.

Bununla bərabər vergi ödəmə əmsalı da xeyli artıb. 2019-cu ildə büdcə ödənişlərinin idxalın dəyərinə nisbəti 18,9 faiz olduğu halda, 2020-ci ildə 21,6 faiz olub. Başqa şəkildə ifadə etsək, bir il əvvəl hər 100 dollarlıq idxaldan 18,9 dollar büdcəyə daxil olmuşdusa, 2020-də 21,6 dollar alınıb.

Gömrükdə əsas gəlir mənbəyi vergidir. Əlavə dəyər vergisi (ƏDV) üzrə 2,741 milyard manat, aksizlər üzrə 143,5 milyon manat, yol vergisi üzrə 36,64 milyon manat vəsait büdcəyə daxil edilib.

Ümumilikdə gömrükdən vergi daxilolmaları 2,921 milyard manat olmaqla cəmi mədaxilin 74 faizini formalaşdırıb. Bu dövrdə gömrük rüsumu 1,016 milyard manat olub.

2019-cu illə müqayisə göstərir ki, ƏDV üzrə daxilolma 3 milyard manat, aksizlər üzrə 249,6 milyon manat, yol vergisi üzrə 45,4 milyon manat təşkil edib. Cəmi yığılan 3,295 milyard manat olmaqla ümumi mədaxilin 75 faizi qədərindədir.

Ötən il bütün mənbələr üzrə gömrük gəlirləri azalıb. (sfera.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar