Bazar, 20 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ

Xəbər verdiyimiz kimi, hər il yeni yaranan bir-neçə şirkət qeyri-dövlət sektorunda Azərbaycanın ən böyük ixracatçısına çevrilir və növbəti illərdə həmin şirkətlərin adı ümumiyyətlə ixraçatçı şirkətlərin siyahısnda olmur.
Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, həmin şirkətlərin bəziləri eyni gündə, eyni ünvanda və eyni şəxs tərəfindən yaradılıb. Daha sonra həmin şirkətlər növbə ilə Azərbaycanın ən böyük ixracatçı şirkətlərinə çevrilirlər. Əksər hallarda bu şirkətlər 5-10 manat məbləğində simvolik nizamnamə kapitalına sahib olurlar.

30.10.2018-ci il tarixində Sabunçu rayonu, Nardaran ŞTQ, Ləhiş bağları, ev 163C ünvanında qanuni təmsilçiləri Rezzahnicat Hafiz Malik oğlu olan 3 şirkət - “Nıne Clımate” MMC, “Global Export Fruıts” MMC və “Global Trade Group” MMC dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalları cəmi 10 manat olan bu şirkətlər qısa müddətdə və növbə ilə Azərbaycanın ən böyük ixracatçı şirkətlərinə çevriliblər. “Nıne Clımate” MMC və “Global Export Fruıts” MMC ötən il müvafiq olaraq 44,6 milyon və 35,2 milyon dollar dəyərində məhsul ixrac ediblər. Ötən il ümumilikdə 79,8 milyon dollar dəyərində məhsul ixrac edən bu şirkətlər bu il ilk 10-luğa düşə bilməyiblər. Lakin onların yerinə ən böyük ixracatç şirkətlərin ilk 10-luğuna “Global Trade Group” MMC düşüb. Bu şirkət ilin ilk yarısında 19,6 milyon dollar dəyərində məhsul ixrac edib.

Bu il Azərbaycanın qeyri-neft sektorundakı ən böyük ixracatçı şirkəti “Land Lojıstıc” MMC olub. Bu şirkət ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb. Cəmi 10 ay əvvəl yaranan və nizamnamə kapitalı 10 manat olan şirkət bu ilin ilk 6 ayı ərzində 53,7 milyon dollarlıq məhsul ixrac edib.
2020-ci ilin ilk yarısında 24,3 milyon dollarlıq məhsul ixrac edən “Fruıt Store” MMC isə bu ilin fevral ayının 21-də dövlət qeydiyyatına alınıb. Bu şirkətin də nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.

Məsələnin maraqlı tərəflərindən biri də odur ki, bu cür şirkətlər qısa müddətdə böyük ixracatçı şirkətlərə çevrilsələr də, vergi öhdəliklərini vaxtında yerinə yetirməyiblər.
Onu da bildirək ki, vergi öhdəliklərini vaxtında yerinə yetirməyən şirkətlər arasında ölkənin əsas ixracatçı şirkətlərindən olan “Baku Steel Company” MMC də var.

Vergi öhdəliklərini vaxtında yerinə yetirməyən Azərbaycanın qeyri-neft sektorundakı ən böyük özəl ixracatçı şirkətlərinin bəzilərini təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə bəd xəbər

Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? 

İlham Əliyev: “Özüm gedib baş çəkəcəyəm və baxacağam ki, göstərişlərim necə yerinə yetirilir”

Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Foto

Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib - Video, Yenilənib 1

"İlk çipi də Azərbaycanda Alim Qasımova taxacaqlar” - Aqşin Yenisey

"Peyğəmbər" yoxsa "baş redaktor"? - Lənkəranda peyğəmbər olduğunu iddia edən gənc bibisini öldürdü - Video

Emin Əmrullayev intihar edən 27 yaşlı müəllimdən yazdı

Vilayət Eyvazov polis kapitanını rəis təyin etdi

loading...

Ən çox oxunanalar