Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Britaniyadakı səfiri "Guardian" nəşrinin Qarabağla bağlı yazısına cavab verib

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniyanın nüfuzlu "Guardian" nəşrinə cavab məktubu ünvanlayıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, "Dağlıq Qarabağ Azərbaycana məxsusdur" başlıqlı məktubda səfir Tahir Tağızadə bölgədəki son hərbi əməliyyatlara bağlı "Guardian"da 27 sentyabr tarixində nəşr olunan məqaləyə cavab verib.

"27 sentyabr tarixində yayımlanmış "ErmənistanAzərbaycan arasında mübahisəli region uğrundakı toqquşmalarda azı 16 ölü" başlıqlı məqalənizlə bağlı onu demək istərdim ki, Dağlıq Qarabağ “mübahisəli” bölgə deyil. Bu bölgə Ermənistan tərəfindən Azərbaycanın qonşu yeddi bölgəsi ilə birlikdə beynəlxalq hüququn kobud şəkildə pozularaq işğal edildiyi və etnik təmizlə aparıldığı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 1993-cü ildə qəbul edilmiş və işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT təhlükəsizlik şurasının dörd qətnaməsi (822, 853, 874, 884) hələ də yerinə yetirilməmiş qalır.

Ermənistan işğal siyasətini möhkəmləndirmək üçün işğal altındakı Azərbaycan torpaqlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) rejimini qurub. Bu kukla rejimi beynəlxalq ictimaiyyət tərəfindən, habelə Ermənistanın özü tərəfindən də tanınmayıb. Beləliklə, məqalənizdə yazıldığı kimi “Dağlıq Qarabağ hərbi qoşunları” deyə bir şey yoxdur.

Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə atəş açması nəticəsində bir ailənin beş üzvü həyatını itirib. Ermənistan on illərdir davam etdirdiyi işğalçılıq və təcavüz siyasətinin bilavasitə nəticəsi olaraq hərbi əməliyyatların yenidən başlanmasına görə bütün məsuliyyəti daşıyır", - deyə səfir Tahir Tağızadə öz məktubunda qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar